vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 6 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
“Samsung”un bazar dəyəri 1 trilyon dolları keçdi 12:46 | 6 may 2026 | Çərşənbə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Samsung”un bazar dəyəri 1 trilyon dolları keçdi

Cənubi Koreyanın texnologiya nəhəngi Asiyada ikinci şirkət oldu

XALİDƏ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” tarixində ilk dəfə olaraq bazar dəyərini 1 trilyon dollar həddindən yuxarı qaldırıb. Şirkət bu göstəriciyə çatan Asiya mənşəli ikinci korporasiya kimi qeydə alınıb.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, bu artımın əsas səbəbi süni intellekt texnologiyalarında istifadə olunan yarımkeçirici çiplərə tələbatın kəskin yüksəlməsidir. Xüsusilə süni intellekt sistemlərinin sürətlə yayılması çip istehsalçılarına marağı artırıb və bu da “Samsung”un səhmlərinə ciddi təsir göstərib.

Bu gün (mayın 6-da) keçirilən ticarət sessiyasında şirkətin səhmləri təxminən 13 faiz bahalaşıb. Ümumilikdə isə son bir il ərzində “Samsung”un bazar dəyəri dörd dəfədən çox artıb.

Bununla da “Samsung” daha əvvəl bu həddi keçən “Taiwan Semiconductor Manufacturing Company”dən (TSMC) sonra Asiyada 1 trilyon dollarlıq kapitalizasiyaya çatan ikinci şirkət olub. Hər iki şirkətin uğuru qlobal yarımkeçirici bazarında dominant mövqeləri ilə əlaqələndirilir.

“Bloomberg”in məlumatına görə, hazırda bazar kapitalizasiyası 1 trilyon dollardan yuxarı olan şirkətlərin siyahısında əsas yerləri texnologiya şirkətləri tutur. Siyahıya “Nvidia” (təxminən 4,78 trilyon dollar), “Alphabet” (4,68 trilyon dollar) və “Apple” (4,17 trilyon dollar) liderlik edir.

Analitiklər hesab edir ki, süni intellekt və yüksək performanslı hesablama texnologiyalarına artan tələbat yaxın dövrdə yarımkeçirici istehsalçıları üçün əsas artım lokomotivi olaraq qalacaq. Bu isə “Samsung”un bazardakı mövqeyini daha da gücləndirə bilər.