
Qitələrarası nümayiş
Şimali Koreya motoru işə saldı
Şimali Koreya motoru işə saldı
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı
Kim Çen In Putinə qoşularaq Çinə gedir
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
ABŞ və Şimali Koreya razılığa gəlib
Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza
Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
Rusiya Prezidenti Tramp ilə keçirəcəyi zirvə barədə məlumat verdi
Şimali Koreyalı işçilərdən Rusiya etirafı
Şimali Koreyadan illər sonra ilk sülh addımı
Daha bir Şimali Koreyalı cənuba keçdi
Rus turist təəssüratlarını bölüşdü: “Kurortda yeganə qrup biz idik”
Şimali Koreya ordusu sərhəd xəttində baryer inşa edən əsgərlərinə Cənubi Koreya tərəfindən atəş açıldığını açıqlayıb.
Şimali Koreya Baş Qərargah rəisinin müavini general-polkovnik Ko Con Çolun (Ko Jong Chol) bəyanatına görə, Cənubi Koreya ordusu 19 avqustda sərhəd xəttində mühəndis işləri aparan Şimali Koreya əsgərlərinə 12,7 mm-lik ağır pulemyotlardan 10-dan çox xəbərdarlıq atəşi açıb.
Açıqlamada hadisə “ciddi təxribat” kimi qiymətləndirilib: “Bu, çoxsaylı qüvvələrin qarşılıqlı yerləşdiyi cənub sərhəd bölgəsində vəziyyəti nəzarətsiz mərhələyə sürükləyə biləcək son dərəcə təhlükəli hərəkətdir”.
Şimali Koreya bildirib ki, Cənubi Koreyada yerləşən ABŞ qüvvələri sərhədin möhkəmləndirilməsi məqsədilə aparılan bu layihədən əvvəlcədən xəbərdar ediliblər və işlərin açıq şəkildə Şimali Koreya ərazisində aparıldığını təsdiqləyiblər.
Buna baxmayaraq, Şimali Koreya əsgərlərinə qarşı “təxribatçı” hərəkətlərin davam etdiyi qeyd olunub: “Xüsusilə, Cənubi Koreyada keçirilən böyükmiqyaslı birgə hərbi təlimlərlə eyni vaxta təsadüf edən bu hadisə, hərbi qarşıdurmaya yönəlmiş qəsdən təxribat kimi qiymətləndirilir.”
Şimali Koreya tərəfi vurğulayıb ki, əvvəlcədən məlumat verildiyi halda Cənubi Koreya ordusunun sərhəd xəttinə yaxınlaşmasına icazə verilir: “Hərbi xarakter daşımayan bu layihəyə mane olmaq cəhdləri davam edərsə, bunu qəsdən hərbi təxribat hesab edəcək və uyğun cavab verəcəyik”.
***
Bəyanatda həmçinin bildirilib ki, qarşı tərəfin təhlükəli hərəkətləri qarşıdurma riskini artıra bilər: “Əvvəlcədən bildirişlərimizin nəzərə alınmaması və çoxsaylı qüvvələrin üz-üzə dayandığı cənub sərhəd bölgəsində gərginlik yaranarsa, bunun doğuracağı ağır nəticələrə görə məsuliyyət daşımayacağıq”.