Berlin üçün gözlənilməz nəticə
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
01:18 | 9 may 2026 | Şənbə
Məqaləyə 190 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Növbəti 5 ildə temperatur rekordları qırıla bilər
Proqramda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzuları müzakirə olunur
BMT-nin Bakıda keçirilən forumu beynəlxalq medianın diqqət mərkəzində
“Ursa Major”un kimin batırdığı məlum deyil
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Günahkar iqlim dəyişikliyidir?
FAO 55 ölkədə 43 milyon insana yardım göstərib
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Yeni ünvan seçimləri arasında İstanbul da var
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
Şimali Koreyada xarici film, serial və musiqiyə baxan şəxslərə qarşı repressiyaların kəskin şəkildə sərtləşdiyi bildirilir. Cənubi Koreyada fəaliyyət göstərən “Transitional Justice Working Group” (TJWG) təşkilatının yeni hesabatına görə, Kim Çen In rejimi xüsusilə Cənubi Koreya serialları, K-pop musiqisi və Qərb filmlərinə qarşı sərt cəza siyasətini genişləndirib.
VAXT.AZ “The Guardian” nəşrinə istinadən xəbər verir ki, hesabatda qeyd olunan məlumata görə, 2020–2024-cü illər arasında Şimali Koreyada ən azı 153 nəfər edam edilib və ya ölüm cəzasına məhkum olunub. Bu şəxslərin bir hissəsi “xarici mədəniyyətin yayılması”, dini fəaliyyət və “xurafat” ittihamları ilə cəzalandırılıb. “TJWG” məlumatları 265 şimali koreyalı qaçqının ifadələri və ölkə daxilindən alınan məlumatlar əsasında hazırladığını açıqlayıb.
Hüquq müdafiəçiləri bildirirlər ki, pandemiyadan əvvəl bu tip edamların sayı xeyli az idi. Yeni hesabatda “COVID-19” dövründən sonra repressiyaların 117% artdığı qeyd olunur. İddialara görə, Kim rejimi pandemiya illərində ölkənin informasiya izolyasiyasını daha da gücləndirib və xarici təsirlərə qarşı nəzarəti sərtləşdirib.
Cənubi Koreya hökumətinin insan haqları hesabatında da Şimali Koreyada xarici serial və musiqiyə görə ictimai edamların həyata keçirildiyi vurğulanır. “Korea JoongAng Daily” yazır ki, Pxenyan hakimiyyəti xüsusilə gənclər arasında Cənubi Koreya mədəniyyətinin yayılmasını ideoloji təhlükə hesab edir.
Nəşrin yaydığı məlumatda isə 22 yaşlı bir gəncin Cənubi Koreya filmləri və K-pop musiqisi yaydığı üçün 2022-ci ildə açıq şəkildə edam edildiyi iddia olunub. Məqalədə bildirilir ki, Şimali Koreyada 2020-ci ildə qəbul olunan reaksion ideologiya və mədəniyyətə qarşı qanun əsasında xarici kontentə görə ölüm cəzası tətbiq oluna bilər.
“Human Rights Watch” və “Amnesty International” da Şimali Koreyada ictimai edamların, məcburi əmək düşərgələrinin və sərt senzuranın davam etdiyini bildirir. Hüquq müdafiəçiləri qeyd edir ki, hakimiyyət xüsusilə gənclərin xarici informasiya əldə etməsinin qarşısını almağa çalışır.
“TJWG” hesabatında daha bir diqqətçəkən detal ictimai edamların əksəriyyətinin insanların gözü qarşısında həyata keçirilməsi ilə bağlıdır. Hesabata görə, edamların təxminən 70%-i açıq məkanlarda baş verib və bəzi hallarda məktəblilərin belə bu proseslərə məcburi şəkildə gətirildiyi iddia olunur.
Buna baxmayaraq, hüquq müdafiəçiləri bildirirlər ki, Şimali Koreyada insanlar xarici dünya haqqında məlumat almaq üçün risk etməyə davam edirlər. Xüsusilə Cənubi Koreya serialları və Qərb filmlərinin USB daşıyıcılar və gizli şəbəkələr vasitəsilə ölkəyə daxil olduğu qeyd edilir.