Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:50 | 12 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 97 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
2024-cü ilin dekabrında Aralıq dənizində batan Rusiyanın “Ursa Major” yük gəmisinin Şimali Koreyaya nüvə texnologiyası ilə bağlı avadanlıq daşıdığı iddia olunur.
VAXT.AZ “CNN” telekanalına istinadən xəbər verir ki, bu versiya İspaniya istintaq materiallarında yer alıb. Sənədlərdə gəminin gövdəsində aşkar edilmiş 50x50 santimetr ölçülü dəliyin torpedo zərbəsi nəticəsində yarana biləcəyi qeyd olunur.
CNN-in yaydığına görə, gəminin kapitanı İqor Anisimov istintaq zamanı yük arasında iki nüvə reaktorunun komponentlərinin olduğunu etiraf edib. Bildirilir ki, söhbət Rusiyanın atom sualtı qayıqlarında istifadə olunan VM-4SG tipli reaktorlarla əlaqəli avadanlıqdan gedir.
Kapitanın sözlərinə görə, gəmi Rusiyanın Uzaq Şərqindəki Vladivostok limanına deyil, Şimali Koreyanın Rason limanına yönləndirilib. Bu isə Moskva ilə Pxenyan arasında hərbi-texniki əməkdaşlıqla bağlı şübhələri gücləndirib.
İspan müstəntiqlərinin nəzərdən keçirdiyi əsas ehtimallardan biri gəminin xaricdən zərbə almasıdır. CNN-in məlumatına görə, korpusdakı zədənin forması “Barracuda” tipli torpedonun və ya maqnit minanın təsirinə uyğun gələ bilər.
Bəzi analitiklər hesab edirlər ki, gəminin batması Qərb ölkələrinin Şimali Koreyaya həssas texnologiyaların ötürülməsinin qarşısını almaq məqsədilə həyata keçirdiyi gizli əməliyyatın nəticəsi ola bilər. Lakin bu versiya rəsmi şəkildə təsdiqlənməyib.
CNN qeyd edir ki, İspan xilasedicilərinin ilkin baxışı zamanı gəmi nisbətən sabit vəziyyətdə olub və dərhal batacağı gözlənilməyib.
Lakin sonradan gəmi tamamilə suya qərq olunmazdan əvvəl bir neçə partlayış baş verib. Həmin vaxt yaxınlıqda Rusiyanın “Ivan Gren” desant gəmisi də olub.
Rusiyanın rəsmi qurumları 2024-cü ilin dekabrında gəmidə maşinist bölməsində partlayış baş verdiyini bildirmişdi. O zaman gəminin Vladivostoka iri liman kranları və sənaye avadanlığı apardığı açıqlanmışdı.
Bununla belə, sonradan İspaniyanın “La Verdad” qəzeti və bir sıra beynəlxalq media orqanları yükün rəsmi bəyan ediləndən daha həssas xarakter daşıdığını yazıb.
Hazırda nə İspaniya hökuməti, nə də NATO ölkələri gəminin Qərb qüvvələri tərəfindən vurulduğunu təsdiqləyib. CNN-in materialında təqdim olunan versiyalar istintaq sənədlərinə və ekspert rəylərinə əsaslanır.
Əgər bu iddialar təsdiqlənərsə, hadisə Rusiya ilə Şimali Koreya arasında hərbi-nüvə əməkdaşlığının miqyası barədə yeni suallar doğura bilər.