vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TÜRK DÜNYASI  
BMT modeli rəsmiləşdi 09:02 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 78 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT modeli rəsmiləşdi

ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi

ELTON

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisi “Kipr probleminə iki dövlətli həll” adlı qərar təklifini səs çoxluğu ilə qəbul edib.

Vaxt.az Türkiyə mediasına istinadən xəbər verir ki, Məclisdə daha əvvəl komitədən keçən qərar layihəsi Dünən səsverməyə çıxarılıb. Ana müxalifət “Cümhuriyyətçi Türk Partiyası” (CTP) iclasa qatılmayıb. Səsvermə nəticəsində təklif 29 səslə qəbul olunub.

Qəbul edilən sənəddə Kipr adasında real və davamlı sülhün yalnız iki dövlətli uzlaşma ilə mümkün olacağı vurğulanır. Mətn, “Kipr türklərinin suveren bərabərliyi və siyasi hüquqlarının tanınmasının, bölgədə sabitliyin və ədalətli həllin yeganə yolu olduğu” fikrini əsas götürür.

Qərara dair ilk rəsmi açıqlama Türkiyə vitse-prezidenti Cövdət Yılmazdan gəlib. O, sosial şəbəkə üzərindən paylaşımında bu addımı “məmnuniyyətlə qarşıladıqlarını” bildirib: “Kipr məsələsində iki dövlətli həll prinsipini əsas alan qərar təklifinin səs çoxluğu ilə qəbul edilməsini böyük məmnuniyyətlə qarşılayırıq. Adada real, davamlı və ədalətli bir həll yalnız iki suveren və bərabər dövlət əsasında mümkündür”.

Bu qərarla birlikdə Şimali Kipr rəhbərliyi, Birləşmiş Millətlər Təşkilatının federasiya əsaslı danışıqlar modelinə qarşı açıq şəkildə iki dövlətli konsepsiyanı bir daha rəsmiləşdirmiş oldu.

Analitiklərə görə, bu addım Türkiyə ilə ŞKTC-nin Kipr məsələsində tam siyasi koordinasiya içində hərəkət etdiyini və beynəlxalq səviyyədə yeni diplomatik təşəbbüslərin gündəmə gələ biləcəyini göstərir.