İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:33 | 29 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 1282 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın nüvə proqramı ilə bağlı 2015-ci ildə imzalanan razılaşma nəticəsində dayandırılan BMT sanksiyaları yenidən qüvvəyə minib. Bununla birlikdə İran rialı dollar qarşısında rekord həddə ucuzlaşıb.
Avropa ölkələri Tehrana danışıqların davamı üçün sanksiyaların 6 ay təxirə salınmasını təklif etmişdi. Şərt kimi BMT müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verilməsi tələb olunurdu. Lakin Tehrandan müsbət cavab gəlmədiyindən Böyük Britaniya, Fransa və Almaniya sanksiyaları yenidən işə saldı.
İranla 2015-ci ildə imzalanan nüvə sazişində ABŞ da iştirak etmişdi. Donald Tramp 2018-ci ildə ölkəsini bu razılaşmadan çıxardı.
BMT-nin bərpa olunmuş sanksiyaları Tehranla nüvə və ballistik proqramla bağlı bütün anlaşmaları qadağan edir. Tədbirlərə silah embarqosu, bütün uran zənginləşdirmə fəaliyyətlərinə icazə verilməməsi daxildir. Bundan əlavə, bəzi şəxslərə səyahət qadağası və hesabların dondurulması kimi məhdudiyyətlər tətbiq olunur.
“Snapback” prosesi 2015-ci il nüvə sazişində iştirak edən diplomatlar tərəfindən hazırlanıb. Bu mexanizm BMT Təhlükəsizlik Şurasında veto edilə bilməyəcək şəkildə təsbit olunub və tərəflərdən biri İranın şərtlərə əməl etmədiyini bildirdikdən 30 gün sonra avtomatik olaraq qüvvəyə minir.