vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
Şimali Koreya müqaviləyə bağlı olmadığını bəyan etdi 09:28 | 7 may 2026 | Cümə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şimali Koreya müqaviləyə bağlı olmadığını bəyan etdi

“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”

ATİLLA, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya BMT-də keçirilən nüvə müqaviləsinin müzakirəsi konfransında Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) heç bir halda bağlı olmadığını açıqlayıb. KCNA agentliyinin yaydığı məlumata görə, Pxenyan nüvə çəkindirmə siyasətindən geri çəkilməyəcəyini bildirib.

VAXT.AZ istinadən bildirir ki, Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Kim Sonq çıxışı zamanı ölkənin nüvə silahına sahib olmasının konstitusion vəzifə olduğunu deyib. Diplomat bildirib ki, bu status Şimali Koreya konstitusiyası və Milli Nüvə Qüvvələri Siyasəti çərçivəsində qanuni özünümüdafiə hüququ kimi təsbit olunub.

O, vurğulayıb ki, Şimali Koreyanın nüvə dövləti statusu xarici tərəflərin birtərəfli tələbləri və bəyanatları ilə dəyişməyəcək.

Pxenyan eyni zamanda ABŞ və Qərb ölkələrini Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə Baxış Konfransını siyasiləşdirməkdə ittiham edib. Kim Sonqun sözlərinə görə, Vaşinqton Şimali Koreyanın nüvə proqramını gündəmə gətirərək konfransın atmosferini pozur və suveren dövlətlərə qarşı təzyiq platforması yaradır.

Şimali Koreya nümayəndəsi ABŞ-ni müttəfiqləri ilə hərbi əməkdaşlığı genişləndirməkdə və nüvə çəkindirmə çətiri siyasəti ilə müqavilənin ruhunu pozmaqda günahlandırıb. O, xüsusilə nüvə sualtı qayıq texnologiyalarının ötürülməsini və nüvə olmayan dövlətlərə təhlükəsizlik zəmanətlərinin genişləndirilməsini tənqid edib.

Açıqlamalar son dövrdə Cənubi Koreya ilə ABŞ arasında hərbi əməkdaşlığın genişlənməsi və nüvə enerjili sualtı qayıq layihəsi üzrə razılaşmalar fonunda səslənib.

Şimali Koreya konfransın əsas missiyasını itirdiyini və ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrildiyini iddia edib. Bununla belə, Pxenyan beynəlxalq təhlükəsizlik və strateji sabitliyə töhfə verməyə davam edəcəyini bildirib.

BMT tərəfindən 1968-ci ildə qəbul edilən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi nüvə silahlarının yayılmasının qarşısını almağı hədəfləyir. Şimali Koreya isə 1993-cü ildə müqavilədən çıxdığını elan etmişdi.

Hazırda Nyu-Yorkda keçirilən müqavilənin icrasına dair 11-ci baxış konfransı dörd həftə davam edəcək.