Ebola epidemiyası böyüyür
Konqoda yoluxanların sayı 500-ü, ölənlərdə isə 130-u keçib
09:14 | 7 may 2026 | Cümə axşamı
Məqaləyə 231 dəfə baxılıb
Şriftin ölçüsü
Konqoda yoluxanların sayı 500-ü, ölənlərdə isə 130-u keçib
Avropa Dərman Agentliyindən hantavirus etirafı
Hollandiyada 12 səhiyyə əməkdaşı karantinə alındı
DST baş direktoru: “Narahat olduğunuzu bilirəm”
Test analizləri pozitiv çıxan Fransa vətəndaşının vəziyyəti ağırdır
Hantavirusla bağlı narahatlıq artır – mütəxəssislərdən açıqlama, maska məcburiyyəti ...
Avropada ölənlər var; ölkələr xəbərdar edildi
Hava kirliliyi və demensiya arasında əlaqə
Nələri bilmək lazımdır?
Çağırışlar, risklər və müasir strategiyalar
Tütün, alkoqol, şəkərli və energetik içkilər bütün ölümlərin 75 faizinin səbəbkarıdır
Dünyada hər saatda 100 insan yalnızlığın qurbanı olur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Dünya yeni epidemiyaya hazırlaşır
DST-dən “Mamont Çiçəyi” pandemiyası xəbərdarlığı
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Atlantik okeanında hərəkət edən “MV Hondius” adlı turist gəmisində qeydə alınan “hantavirus” virusu halları beynəlxalq narahatlıq yaradıb.
VAXT.AZ xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, indiyədək gəmidə üç nəfər həyatını itirib, bir neçə yoluxma halı isə təsdiqlənib.
Məlumata əsasən, gəmidə 150 nəfər karantin şəraitində saxlanılır. Sərnişinlərin kabinələrdən çıxışı məhdudlaşdırılıb, tibbi heyət isə xüsusi qoruyucu geyimlərdən istifadə edir. Gəmini idarə edən “Oceanwide Expeditions” şirkəti bütün sərnişinlərin tibbi nəzarət altında olduğunu açıqlayıb.
DST bildirir ki, hazırda bir neçə təsdiqlənmiş və şübhəli “hantavirus” hadisəsi araşdırılır. Qurumun sözlərinə görə, risk səviyyəsi ictimaiyyət üçün aşağıdır və panikaya əsas yoxdur.
Hadisə ətrafında diplomatik müzakirələr də davam edir. Gəminin Kanar adaları istiqamətində hərəkəti bölgədə narahatlıq yaradıb. Yerli hakimiyyət orqanları gəminin limana qəbul etmək qərarını verməyib.
Xəstəliyi ağır keçirən bəzi sərnişinlərin Niderland, İsveçrə və Cənubi Afrika xəstəxanalarına təxliyə olunduğu bildirilir. İsveçrədə daha bir sərnişində hantavirus təsdiqlənib.
İlkin araşdırmalar virusun gəmiricilərdən yayıldığını göstərir. Ekspertlər xüsusilə Cənubi Amerikada rast gəlinən “Andes hantavirus” ştammının nadir hallarda insandan insana keçə bildiyini qeyd edirlər.
Hantavirus nədir?
“Hantavirus Pulmonary Syndrome” əsasən gəmiricilərin sidiyi, tüpürcəyi və ifrazatı ilə təmas nəticəsində yayılır. Xəstəliyin ilkin simptomları yüksək hərarət, halsızlıq və əzələ ağrılarıdır. Ağır hallarda isə tənəffüs çatışmazlığı və böyrək problemləri yarana bilər.