vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SAĞLAMLIQ  
Altsheymer halları niyə artıb? 13:08 | 10 sentyabr 2025 | Çərşənbə Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Altsheymer halları niyə artıb?

Hava kirliliyi və demensiya arasında əlaqə

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

“JAMA Neurology” jurnalında dərc edilən diqqətçəkən bir araşdırma, hava kirliliyi ilə demensiya arasındakı mümkün əlaqəyə dair narahatlıqları yenidən gündəmə gətirdi.

Dünya Səhiyyə Təşkilatı (DST) uzun müddətdir ölkələri hava kirliliyi ilə daha effektiv mübarizə aparmağa çağırır. Bu ətraf mühit problemi hər il dünya üzrə təxminən 7 milyon insanın ölümünə səbəb olur.

 

Beyin funksiyalarını pozur

 

Əvvəlki tədqiqatlar, xüsusilə diametri 2,5 mikrometrdən kiçik olan hissəciklər (PM2.5) ilə bilişsel zəifləmə arasında bir əlaqə ola biləcəyini göstərmişdi. Lakin ABŞ-da aparılan və növünün ilk nümunəsi olan yeni araşdırma, PM2.5-ə məruz qalmanın birbaşa mərkəzi sinir sistemini təsir edərək beyin funksiyalarını pozduğunu ortaya qoydu.

Pensilvaniya Universitetindən tədqiqatçılar, 1999–2022 illəri arasında 11 ABŞ ştatında həyatını itirmiş və demensiya diaqnozu qoyulmuş 602 nəfərin xəstəlik hesabatlarını araşdırıb. Analizlərə görə, PM2.5-ə illik orta hesabla hər 1 mikroqram/m³ artım ilə məruz qalan şəxslərin beyinlərində Altsheymer ilə əlaqəli toksik zülallar olan tau və amiloid yayılması 17% artırıb.

Bu zülallar beyində yığılıb düyünlər yaradır və bu da Altsheymer xəstəliyinin ən bariz simptomlarına səbəb olur.

PM2.5 hissəcikləri əsasən avtomobil eqzozları, odun sobaları və bəzi sənaye fəaliyyətlərindən yaranır. Gözlə görünməyəcək qədər kiçik olan bu hissəciklər ağciyərlərin dərinliklərinə və oradan da qan dövranına qədər çata bilir.

 

Qlobal ölçüdə artım

 

Ötən il dərc edilən başqa bir araşdırma isə Altsheymer halların təxminən yarısının uşaqlıqdan etibarən qarşısının alına biləcək 14 həyat tərzi faktoru ilə əlaqəli olduğunu ortaya qoydu. Bu faktorlar arasında yüksək xolesterol və görmə itkisinin də daxil olduğu iki yeni risk elementi var.

Frontiers jurnalında dərc edilən məlumatlar, 1990–2019 illəri arasında Altsheymer və digər demansiya növlərinin yayılma nisbətinin 148% artdığını, ümumi hallarının isə 161% yüksəldiyini göstərdi. Ekspertlər bildirir ki, bu artımda qlobal miqyasda sürətlə yaşlanan əhali böyük rol oynayır.