
Lekornu vəzifəyə başladı
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
“Fransadakı etirazlarda “Telegram”ın istifadə olunmasından qürur duyuram”
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransada hökumət çökdü – Makronu nə gözləyir?
Makron hökumətin devrilməsindən sonra yeni baş nazirini təyin edəcək
Fransa parlamentində etimad səsverməsini ala bilməyən Bayru hökuməti devrildi
Fransadakı etimad səsverməsi istiqrazları sarsıtdı
Fransanı xaotik həftə gözləyir
Etimad səsverməsindən sonra ölkəni nələr gözləyir?
Makron ifrat sağçı, Bayru isə solçu liderlərin qapısını döyüb
Fransa prezidentinin impiçment məsələsi parlamentdə səsə qoyulacaq
Mümkün 3 ssenari
Keçmiş Baş nazir Bayru hökumətinin devrilməsi ilə çıxılmaz vəziyyətə düşən Makron idarəsinə qarşı Fransada genişmiqyaslı etiraz aksiyaları başladı. Fransanın küçələrində polis ilə aksiyaçılar arasında şiddətli qarşıdurmalar yaşanır. Səhərdən indiyədək ən azı 300 nəfər həbs olunub.
Fransanın yeni baş naziri Sebastyen Lekornu, bu gün vəzifəyə geniş etiraz dalğası ilə başlayıb.
Prezident Emmanuel Makrona qarşı xalqın qəzəbinin göstəricisi olaraq nəqliyyat, təhsil və digər xidmətlərin pozulacağı aksiyalar təşkil olunur.
“France24”ün məlumatına görə, “Hər şeyi dayandıraq!” adlı solçu kollektivin rəhbərlik etdiyi etirazlar, son üç ildə müdafiə naziri olaraq çalışan Makronun yaxın adamı, 39 yaşlı Lekornu üçün bir “alov dairəsindən keçmə mərasimi” ola bilər.
80 min polis vəzifəyə cəlb edilib
Aksiyaçılar səhərin erkən saatlarından etibarən Fransanın müxtəlif bölgələrində toplaşmağa başladı və asayişin qorunması üçün 80 min polis vəzifəyə cəlb olundu.
Parisdə məktəblərin qarşısında və Ren, Monpelye kimi digər fransız şəhərlərində bir neçə etiraz baş tutub. AFP müxbirlərinin bildirdiyinə görə, Parisdə 5-ci rayonun IV Henri və Lavuazye, 9-cu rayonun Lamartin, 11-ci rayonun Volter, 13-cü rayonun Klod Mone və 20-ci rayonun Elen Buşe məktəblərində barrikadalar qurulub.
Səhərin erkən saatlarında təxminən yüz gənc Lavuazye məktəbinin qarşısında toplandı. Pankartlarda “Ruh sağlamlığımızı düşünürük, buna görə barrikada qururuq”, “Bayrou ciblərimizi boşaltmaq üçün kassalarını doldurur”, – kimi şüarlar vardı.
“Dəyişiklik lazımdır”
Lion şəhərində bir aksiyaçı France24-ə verdiyi açıqlamada, Macronun yaxın müttəfiqi Sebastyen Lekornunun baş nazir təyinatının “üzümüzə atılmış bir şillə” olduğunu bildirib. “Onun ardıcıl hökumətlərindən bezmişik, dəyişiklik lazımdır”, – deyib.
Liondakı aksiyaçılar bir magistral yolu bağlayıb və zibil qablarını yandırıb, qərbdəki Nant şəhərində isə polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Jurnalistlərin verdiyi məlumata görə, əsasən maskalı qruplar Parisin kənar rayonlarında zibil konteynerləri ilə barrikadalar qurub və polislərə zibil atıblar.
France24 Parisin şərqindəki Tenon Xəstəxanasından (Hôpital Tenon) verdiyi xəbərdə bəzi personalın tətil etdiyini bildirdi. Personal, büdcə kəsintiləri və iş şəraitinin pisləşməsinə qarşı etiraz etdiyini söyləyib.
Ən azı 300 həbs olunub
Fransa Daxili İşlər Naziri Bruno Retayo Parisdə jurnalistlərə açıqlamasında “Hər şeyi dayandıraq!” aksiyalarının ilkin mərhələlərində təxminən 300 nəfərin həbs olunduğunu bildirib.
Son sinif şagirdi, 17 yaşlı Yonah AFP-yə, “Bezmişik, çünki özümüzü fədakar nəsil kimi hiss edirik, məsələn, məktəbdə heç nə üçün pul yoxdur”, – deyib.
Paris polis idarəsi bildirib ki, “Şimal Vağzalı” (Gare du Nord) stansiyasına icazəsiz daxil olmağa cəhd edib minlərlə etirazçının qarşısı polis tərəfindən alınıb.
Aksiyalar necə başladı?
Fransada Baş nazir Fransua Bayrunun 2026 büdcə layihəsi, iki milli bayramın ləğvi, pensiya ödənişlərinin dondurulması və səhiyyə xərclərindən 5 milyard avro kəsinti nəzərdə tutması xalqın qəzəbinə səbəb olub.
Bu narazılıqdan çıxış edərək, “Hər şeyi dayandıraq” (“Bloquons tout”) adlı yeni etiraz hərəkatı ortaya çıxdı və bu gün ölkə səviyyəsində aksiyalara çağırdı. İyul ayında sosial mediada başlayan kampaniya 2018-2019-cu il “Sarı jiletlər” (“Gilets jaunes”) etirazları ilə müqayisə olunmağa başladı.
Bu etirazlar yanacaq vergilərindən başlayaraq, bərabərsizlik, iqtisadi çətinliklər və xalqla əlaqəsi kəsilmiş görünən siyasi rejimi pisləyən, ölkə səviyyəsində üsyançı bir hərəkətə çevrilmişdi.
Aksiyaçıların siyasi baxışı nədir?
“Jean Jaurès” Fondu tərəfindən aparılan araşdırmaya görə, “Hər şeyi dayandıraq!” hərəkatının tərəfdarları əsasən solçu meyllidir.
Sorğu iştirakçılarının təxminən dörddə üçü siyasətlə çox maraqlandığını bildirib, təxminən 69%-i 2022 prezident seçkilərinin birinci turunda ifrat solçu lider Jan-Luk Melanşona səs verib.
Fransanın dövlət dəmir yolu operatoru SNCF, xüsusilə TER regional və “Intercités” xidmətlərində fasilələr gözləyir, lakin yüksək sürətli TGV şəbəkəsində fasilə gözlənilmir.
Hökumət necə devrildi?
Prezident Makron dünən gec saatlarda Lekornunu baş nazir təyin etdi. Bu təyinat, Lekornunun öncəli Fransua Bayrunun parlamentdə etimad səsverməsini itirməsi və onunla hökumətinin istefaya məcbur edilməsindən bir gün sonra baş verdi.
Bayrou Fransanın borcunu azaltmaq məqsədilə bir sıra qənaət tədbirlərini həyata keçirməkdə uğursuz oldu. Lekornunun büdcəni keçirmək üçün hansı güzəştləri edəcəyi hələ məlum deyil.
Bayru və Lekornu arasında rəsmi vəzifə təhvil-təslimi bu gün baş tutub.