vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
DÜNYA  
“Qol güləşi”ndən söz duelinə 11:08 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 184 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qol güləşi”ndən söz duelinə

Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp ilə Fransa Prezidenti Emmanuel Makronun Misirdə keçirilən Qəzza Sülh Zirvəsi öncəsi görüşü dünya mediasında geniş müzakirə olunur. İki liderin əl sıxışması zamanı yaşanan anlar diplomatik gərginlik kimi dəyərləndirilib.

Kameralar qarşısında baş verən görüşdə Tramp və Makronun bir-birinin əlini güclə sıxdığı, hər iki tərəfin təxminən 30 saniyə boyunca bir-birini özünə çəkdiyi müşahidə olunub. Bu anlar sosial mediada “qol güləşi kimi əl sıxışma” kimi xarakterizə edilib.

Vaxt.Az xəbər verir ki, İngiltərənin “Daily Mail” nəşri hadisə zamanı liderlərin nələr danışdığını dodaq oxuma üsulu ilə müəyyən etməyə çalışıb. Qəzetin təqdim etdiyi təhlilə görə, Tramp Makrona əvvəlcə “Səni görmək xoşdur, sən də eyni fikirdəsən?” deyib.

Makronun cavabından sonra Tramp “Səmimisən?” sualını ünvanlayıb, Fransa lideri isə “Əlbəttə” cavabını verib. Bundan sonra hər iki lider əl sıxışmanı davam etdirərək bir-birinin əlini daha da möhkəm tutub.

“Daily Mail”in istinad etdiyi dodaq oxuma mütəxəssisinin sözlərinə görə, Tramp bir anda Makronu özünə çəkərək “Məni incitdin” deyib. Makron isə buna “Bilirəm” cavabını verib.

Qəzet iddia edir ki, bu dialoqun sonunda Tramp “Mən sülh təklif edirəm” ifadəsini işlədib, Makron isə ironik şəkildə “Yeri get” deyərək cavab verib.

Nəşrin digər iddiasına görə, Tramp söhbətin sonunda Makrona qarşı sərt ifadələr işlədib:
“Mən yalnız məni incidənləri incidirəm”.

Makronun “Bunu görəcəyik” cavabına isə Tramp “Görəcəksən” sözləri ilə qarşılıq verib.

Bu mübahisəli dialoqun nə mövzu üzərində baş verdiyi hələlik məlum deyil, lakin hadisə diplomatik dairələrdə Vaşinqton-Paris xəttində yeni gərginliyin əlaməti kimi qiymətləndirilir.