“Mina ovu” illərlə davam edəcək
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
20:44 | 21 oktyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 4513 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Maraqlı hadisələr baş verir və elə baş verən bu hadisələr də adamda belə bir fikir formalaşdırır ki, deyəsən, ABŞ prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putinin Budapeştdə görüşü baş tutmayacaq. Bu məsələdə əsas oyunçu isə Avropa ölkələridir. Məlumdur ki, Avropa ölkələri belə bir görüşün baş tutmamasında maraqlıdır. Elə bu məqsədlə də Böyük Britaniya cəbhə xəttində müharibəni dayandırmağa çağırıb: Zelenski, Starmer və Aİ liderlərinin birgə bəyanatı dərc olunub.
Britaniya hökuməti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer və bir sıra Avropa liderlərinin imzaladığı sənəddə hazırkı cəbhə xəttində hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb: Biz prezident Trampın hərbi əməliyyatların dərhal dayandırılması və hazırkı təmas xəttinin danışıqların başlanğıc nöqtəsi olması ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyirik”, – deyə bəyanatda bildirilir.
Eyni zamanda, bəyanat müəllifləri vurğulayırlar ki, Ukrayna mümkün atəşkəsdən sonra belə “mümkün qədər güclü” qalmalıdır, Qərb isə Kiyevə hərbi yardımı davam etdirəcək və Rusiya iqtisadiyyatına təzyiqləri artıracaq. Onlar dondurulmuş Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə etmək planlarını da qeyd edirlər: “Biz Ukraynanın bütün lazımi resursları alması üçün tədbirlər hazırlayırıq”.
Məlumata görə, bəyanatı imzalayanlar bu həftənin sonunda Avropa Şurasında və “İstəyənlərin koalisiyası” formatında görüşəcəklər. Bəyanatı imzalayanlar arasında Zelenski, Starmer, Merz, Makron, Meloni, Von Der Leyen, Stubb, Frederiksen, Tusk və başqaları var.
Eyni zamanda, Putinin yenidən Trampı öz tərəfinə çəkməsinin qarşısını almaq üçün Aİ nümayəndələri də Tramp və Putinlə görüşdə iştirak etmək istəyirlər. “Politico” qəzeti sammitin hazırlıqları ilə tanış olan mənbələrə istinadən yazır ki, bəzi Avropa Birliyi liderləri Putin və Tramp arasında keçiriləcək görüşdə iştirak etməyi planlaşdırır. Əsas məqsəd təkcə otaqda olmaq deyil, həm də Vladimir Zelenskinin Ukrayna ilə bağlı istənilən danışıqlarda iştirakına lobbiçilik etməkdir. Brüssel qorxur ki, Tramp sülh prosesində yenidən Putinin tərəfində qala və Zelenskiyə təzyiq göstərərək onu Moskvaya güzəştə getməyə məcbur edə bilər.
Vəziyyətin belə olduğunu görən Rusiya isə Trampın Cəbhədə Atəşkəs Planını rədd edir. Rusiyanın xarici işlər naziri Lavrov rəsmi şəkildə bəyan edib ki, Moskva dərhal atəşkəsə və ya Ukraynada cəbhə xətti boyunca münaqişənin “dondurulmasına” hazır deyil. O, Rusiyanın mövqeyini dəyişmədiyini qeyd edərək, Putinlə Trampın Alyaskadakı danışıqları zamanı əldə olunan əvvəlki razılaşmaların “heç bir yerə aparmayacaq” sürətli atəşkəs deyil, uzunmüddətli, davamlı sülhü nəzərdə tutduğunu əsaslandırıb.
Lavrov həmçinin vurğulayıb ki, ABŞ-ın münaqişəyə “dərhal son” çağırışları Tramp administrasiyasının guya başa düşdüyü və ifadə etdiyi “əsas səbəbləri” görməzlikdən gəlir. Onun sözlərinə görə, indi atəşkəs “Ukraynanın böyük bir hissəsinin nasist rejiminin nəzarəti altında qalması” demək olardı.
Son məlumata görə, Budapeştdə keçiriləcək Tramp-Putin sammitinə hazırlıq dayandırılıb, “NBC News”un müxbiri Qarret Haak Ağ Evin sözçüsünə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ilk söhbət “məhsuldar” olub, lakin Tramp hesab edir ki, hər iki tərəf hələ yüksək səviyyəli danışıqlara hazır deyil.
Bununla belə, “Financial Times” aydınlaşdırıb ki, Rubio və Lavrov arasında növbəti danışıqlar oktyabrın 30-da Budapeştdə keçiriləcək. İki ehtimal var – ya Putin uçmağa qorxur, ya da Tramp poloveslər və peçeneqlər haqqında beş saatlıq mühazirəyə hazır deyil.