vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
Maradona brendə çevrilir 20:36 | 21 oktyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maradona brendə çevrilir

Geyimlər və aksessuarlar ...

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Argentina və dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın varisləri İsveç şirkəti “Electa Global” ilə “Maradona” markasının yaradılması barədə razılığa gəliblər.

Vaxt.AZ xarici KİV-ə istinadən xəbər verir ki, dahi futbolçunun beş varisi İsveçin İran əsilli iş adamı Aş Purnuri və onun “Electa Global” şirkəti ilə Maradona adını daşıyan məhsulların istehsalı və satışını nəzərdə tutan müqavilə imzalayıb.

Şirkətdən verilən açıqlamada bildirilib ki, “Electa” ailə ilə yaxın əməkdaşlıq şəraitində məhsulların dizaynı, istehsalı, marketinqi və pərakəndə satışını həyata keçirəcək: “Maradonanın “rəsmi” məhsulu çox deyil”.

Argentina millisinin əfsanəvi “10 nömrəsi” Dieqo Maradona 25 noyabr 2020-ci ildə, 60 yaşında ürək tutmasından vəfat etmişdi.

Purnurinin sözlərinə görə, Kristiano Ronaldo və ya Kilian Mbappe kimi digər futbol ulduzları öz adlarını və şöhrətlərini brendə çevirsələr də, Maradona bunu heç vaxt etməyib: “Bunun səbəblərindən biri, Maradonanın sağlığında belə bir addım atmaması, ölümündən sonra isə ailəsinin və uşaqlarının heç kimlə bu sahədə əməkdaşlıq etmək istəməməsidir”.

İş adamı əlavə edib ki, ailənin etimadını qazanmaq xeyli vaxt aparıb.

Maradonanın yaxınları isə açıqlamalarında: “Atamızın adı dünya üzrə milyonlarla insan üçün çox şey ifadə edir. Biz Dieqonun kimliyini, onun ehtirasını, enerjisini və insanlara sevgisini qorumaq istəyirik”, – deyiblər.

İlkin mərhələdə məhsullar Avropa bazarı üçün nəzərdə tutulur. Layihə çərçivəsində yüksək səviyyəli geyimlər, ayaqqabılar və aksesuarlar istehsal ediləcək.