vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜLƏŞ  
Tarixin ən bahalısı 14:53 | 25 may 2026 | Bazar ertəsi Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarixin ən bahalısı

Bu il keçirilən dünya çempionatının mükafat məbləği əvvəlki ilə müqayisədə 50 faiz artıb

FATEH, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Çempionatında komandalar arasında bölüşdürüləcək mükafat fondu rekord həddə çatıb. FIFA tərəfindən açıqlanan məlumatlara görə, turnirin ümumi xərcləri 727 milyon dolla

Komanda sayının 32-dən 48-ə yüksəldilməsi ilə yanaşı, mükafat fondunun da artırılması qərara alınıb. Yeni sistemə əsasən, 2022-ci ildə Qətərdə keçirilən mundialla müqayisədə mükafat məbləğləri təxminən 50% yüksəlib. Qərar ötən ilin 5 dekabrında ABŞ-nin Vaşinqton şəhərində keçirilən FIFA Şurasının iclasında təsdiqlənib.

2026 Dünya Çempionatında iştirak edəcək milli komandalar üçün ayrılan ümumi mükafat fondu 655 milyon dollar təşkil edəcək. Turnirin qalibi 50 milyon dollar qazanacaq. Finalda məğlub olacaq komanda isə 33 milyon dollar əldə edəcək. Beləliklə, çempionla finalçı arasındakı fərq 17 milyon dollar olacaq.

Üçüncü yeri tutacaq yığma 29 milyon dollar, dördüncü pillədə qərarlaşacaq komanda isə 27 milyon dollar mükafat alacaq. 1/4 final mərhələsində mübarizəni dayandıracaq komandaların hər birinə 19 milyon dollar veriləcək.

1/8 finalda məğlub olacaq və turniri 9-16-cı yerlər arasında başa vuracaq komandalar 15 milyon dollar qazanacaq. İkinci mərhələdə mübarizədən kənar qalacaq və 17-32-ci yerləri tutacaq yığmalar üçün isə 11 milyon dollar nəzərdə tutulub.

Qrup mərhələsində turnirlə vidalaşacaq və 33-48-ci yerləri tutacaq komandalar da mükafatsız qalmayacaq. Həmin kollektivlərin hər biri 9 milyon dollar əldə edəcək. Bundan əlavə, iştirakçı hər milli komandaya hazırlıq xərcləri üçün ayrıca 1,5 milyon dollar ayrılacaq. Beləliklə, mundialda iştirak edən hər komanda minimum 10,5 milyon dollar gəlir əldə etmiş olacaq.

2026 turniri bununla da tarixdə ən yüksək mükafat fonduna malik Dünya Çempionatı kimi qeydə düşəcək. Bundan əvvəl rekord 2022-ci ildə Qətərdə keçirilən mundiala məxsus idi. Həmin turnirdə ümumi mükafat fondu 42 milyon dollar olmuşdu. 2018-ci ildə Rusiyada təşkil edilən Dünya Çempionatında isə bu rəqəm 38 milyon dollar təşkil etmişdi.