İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:59 | 22 iyun 2019 | Şənbə
Məqaləyə 19624 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnnfantino İran Futbol Federasiyasından və ölkənin dövlət məmurlarından buna təminat verilməsini tələb edib ki, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına təsnifat mərhələsində İranda qadınların yığma komandanın matçlarına getmələrinə icazə veriləcək.
“Associated Press” agentliyi xəbər verir ki, 2018-ci ilin martında Tehranda “Esteqlal” və “Persepolis” komandaları arasında keçirilmiş matça getmiş İnfantino qadınların həmin oyuna getmələrinin qadağan olunmasını kəskin tənqid edib. Keçən ilin noyabr ayında isə İnfantino Asiya Çempionlar Liqasının finalında İranın “Persepolis” və Yaponiyanın “Kasima Antlers” klubları arasında ikinci matçda (0:0) minlərlə iranlı qadının həmin oyuna tribunalardan tamaşa etməsinin şahidi olub.
İnfantino İran Futbol Federasiyasının prezidenti Mehdi Taca məktubunda yazır: “Təəssüf ki, İran 2018-ci ilin martında ölkə prezidenti Həsən Ruhaninin qadınların futbol matçlarına getmələrinə icazə veriləcəyi barədə vədini yerinə yetirmədi. Bununla əlaqədar İran Futbol Federasiyasından və dövlət məmurlarından xahiş edirəm, iyulun 15-dən gec olmayaraq müvafiq tədbirlər görülsün və 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına 2019-cu ilin sentyabr ayında başlanacaq təsnifat mərhələsində İran vətəndaşı olan və bu ölkənin ərazisində əcnəbilər kimi yaşayan bütün qadınların İran yığmasının matçlarına bilet almalarına və oyunlara getmələrinə icazə verilsin”.
İnfantino daha sonra yazır: “Mən əsl tərəqqinin şahidi oldum. İlk mühüm addımlar atılmışdı və məni çox təəssüfləndirən budur ki, sonrakı addımlar atılmayıb”.
İranda 1979-cu il İslam İnqilabından sonra qadınların kişilər arasında keçirilən idman yarışlarına getmələri qadağan edilib.