vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
Yenə İstanbul, yenə ingilislər 07:20 | 21 may 2026 | Cümə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yenə İstanbul, yenə ingilislər

“Aston Villa” tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi oldu

FATEH, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən axşam Bakı vaxtilə saat 23:00-da Türkiyənin istanbul şəhərində 2025-2026 UEFA Avropa Liqasının finalında İngiltərənin “Aston Villa” klubu ilə Almaniyanın “Freiburg” komandası qarşı-qarşıya gəlib.

Həlledici qarşılaşma Beşiktaşın “Tüpraş” stadionunda baş tutub. Oyunu minlərlə azarkeş, o cümlədən “Aston Villa” tərəfdarı olan Böyük Britaniya şahzadəsi Vilyams tribunadan izləyib.

Oyunda ilk qolu 41-ci dəqiqədə ingilislərin belçikalı yarımmüdafiəçisi Youri Tielemans vurub.

İlk hissəyə əlavə olunmuş vaxtda argentinalı Emiliano Buendía fərqi iki topa çatdırıb.

58-ci dəqiqədə Buendianın məhsuldar ötürməsindən sonra Morgan Rogers yekun hesabı müəyyənləşdirib — 3:0.

Bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan Buendia finalın ən yaxşı oyunçularından biri olub.

“Aston Villa”nın baş məşqçisi Unay Emeri bu uğurla UEFA Avropa Liqasında beşinci dəfə çempion olub.

54 yaşlı ispan mütəxəssis daha əvvəl “Sevilla” ilə üç, “Villarreal” ilə isə bir dəfə bu kuboku qazanmışdı.

Beləliklə, Emeri Avropa Liqası tarixində ən çox qalib olan baş məşqçi statusunu daha da gücləndirib.

Bu qələbə “Aston Villa”nın 43 illik Avropa kuboku həsrətinə son qoyub.

Birmingem təmsilçisi sonuncu dəfə 1982-ci ildə yenə də alman klubu “Bavariya” üzərində qələbə qazanaraq Çempion Klublar Kubokunu əldə etmişdi. Klub 1983-cü ildə isə UEFA Super Kubokunun qalibi olmuşdu.

İstanbuldakı qələbədən sonra “Aston Villa”nın Avropa miqyaslı kuboklarının sayı üçə çatıb.

“Aston Villa” UEFA Kubokunun yeni formatı olan UEFA Avropa Liqasını qazanan dördüncü İngiltərə klubu oldu.

Bundan əvvəl “Chelsea”, “Manchester United” və “Tottenham Hotspur” turnirin çempionu olmuşdu.

İstanbul indiyədək beşinci dəfə UEFA turnirinin finalına ev sahibliyi edib. Bu finalların dördündə İngiltərə klubları kuboka sahib çıxıblar.

Bu statistika Türkiyənin ən böyük şəhərinin İngilis komandaları üçün uğurlu məkan olduğunu bir daha təsdiqləyib.