Derbiyə vurulan damğa
“Neftçi” ilə Vernidub yaxşı tapışıblar
“Neftçi” ilə Vernidub yaxşı tapışıblar
Yaxud “Qarabağ” həddən artıq yüksək tempə və gərgin qrafikə tab gətirmədi
İlk 8-ə düşmək möcüzə olar
“Football Meets Data”nın Ağdam klubunun ÇL-dəki çıxışını dəyərləndirib
Naşükür izləyicilərə tərs sillə
Bilbao səfərinə sözardı
Türk dilli ölkələrin klubları ilk 24-də düşə biləcəkmi
Soyuq başla analiz etmək lazımdır
5 dəqiqə kabusu ilə üzləşən Azərbaycan komandası ÇL-də rekorda imza atdı
“Atletiko”da “Axillesin dabanları” haradır?
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Vətən müharibəsində Azərbaycan təkcə 44 günə zəfər çalmadı. Vətən müharibəsində Azərbaycan həm də 44 günə sülh yaratdı. Yəni, mahiyyət etibarı ilə bizim düşüncəmizdə “44” nə qədər “zəfər” simvoludursa, o qədər də “sülh” simvoludur.
Qələbədən sonra “44” şüurumuza o qədər hopub, davranışımıza o qədər nüfuz edib ki, artıq həyatımızda bu rəqəmin ayrıca mistikası da yaranıb. Və bu mistika indi də sülhün içində sülh – yarışın içində ani də olsa qaynayıb-qarışma, rəqabətin içində razılaşma, mübarizənin bəlli bir anında xoş münasibət yaradır. İllah da ölkə daxili futbol yarışlarında. Amma bu rəqəmin prosesə müdaxiləsinin arealı əlbəttə ki, yalnız Azərbaycanla məhdudlaşmır. İstər milli komandamız, istərsə də klublarımız dünyanın harasında oynayır-oynasın, ən uzaq guşə, ən çətin gedilən ölkə olsa belə, ən azı 5-3 azərbaycanlı tapılır ki, “44” onları öz ətrafında birləşdirsin, matçın bəlli anında (44-cü dəqiqəsində) “şəhidlər ölməz, vətən bölünməz” dedirtsin. Hətta həyatda mövqeyi fərqli, fikri üst-üstə düşməyən adamları belə “44” eyni anda eyni məxrəcə gətirir.
Amma mənim indi “44”ün nələr etdiyinə dair göstərəcəyim nümunə xaricdən yox, ölkə daxilindəki matçlardan birindəndir.
Məmləkətin cənnət guşəsi olan Qarabağın və Məmləkətin baş tacı olan Bakının təmsilçilərinin oyunundan: “Qarabağ” – “Neftçi”.
44-cü dəqiqəyədək tribunalarda göz-gözə, dimdik-dimdiyə dayanan, amansız rəqibə çevrilən, qaydasız rəqabət aparan, rəqibin büdrəməsini, səhv etməsini, nəhayətində məğlub olmasını cani-dildən arzulayan hər iki tərəfin azarkeşləri 44-cü dəqiqədə topu ətəkdən töküb birləşir, bir canla, bir ürəklə və eyni səslə “şəhidlər ölməz, vətən bölünməz” hayqırır. Həm də necə: bir tərəf “şəhidlər ölməz” deyib ani olaraq susur və gözləyir, digər tərəf “vətən bölünməz” deyib səsə səs verir (Sonsuz səhrada yaşamaq uğrunda mübarizə aparan, qəfil savaşı dayandırıb, çörəyi ikiyə bölüb bir birinə ötürən rəqiblər təsəvvür edin)...
Məlum, azarkeşlikdir. Dünyanın hər yerində belədir: tərəflər bir-birini qınayarlar da, söyərlər də, asarlar da, kəsərlər də. Amma Azərbaycanda bir istisna var. Hamı bilir ki, tribunalarda kim nə çılğınlıq edir-etsin, hansı dəliliklər yaşanır-yaşansın, qarşıdan “44” gəlir və özü ilə anı də olsa sülh, birlik, bərabərlik gətirir. Doğrudan da gəlir və gətirir. Və getdikcə də daha da möhtəşəm gəlir. Lap elə “Qarabağ” – “Neftçi” matçı zamanındakı kimi...
Matçın o vurhavurunun bəlli bir anında meydan, futbolçu bir yana, bütöv cəmiyyəti tərbiyə edən azarkeş jesti. Bundan gözəl nə ola bilər? Heç nə. Bu davranışın təltifi üçün mükafat təsis etmək də mümkün deyil. Meydandakı bütün zəfərlərin irili-xırdalı mükafatı mövcuddur. Ən kiçiyi 3 xal, ən böyüyü kubok, medallar. Tribunalardakı bu parlaq sülhün isə mükafatı mövcud deyil. Yəni belə bir mükafatı maddi olaraq təsis etmək mümkün deyil. Mövcud deyil o material, yoxdur o qiymət.
"44"ün bizə əbədi bəxş etdiyi həm də bu sülhün yalnız bir ali mükafatı var: göz yaşlarında islanmış təşəkkür sədaları...