vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
Siçanlar 08:17 | 19 aprel 2025 | Şənbə Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siçanlar

Göydən verilən azadlığı yerdə daşla, divarla buxovlamaq olmaz...

İlqar RƏSUL

MÖVZU İLƏ ƏLAQƏLİ

O qədər ağıllı idi ki, rahat yaşaya bilmirdi. Götürmürdü bu dünyanın adi ağıllılarının hərəkətlərini. Bir gün Allah onu ağlından azad elədi. Dəli dedilər ona ağıllılar. Fərqinə varmadılar ki, Tanrı kimin ağlını əlindən alırsa, əvəzində ona azadlıq verir. Bütöv bir azadlıq. Təkmiş qədər bir azadlıq. Ağıllıların qorxub qaçacaqları qədər bir azadlıq. Narahat oldular ağıllılar tam azad olan birinin ortalıqda heç kimi görmürmüş qədər rahat gəzib-dolaşmasından. Qorxdular onun azadlığından ağıllılar. O qədər qorxdular ki, Tanrının verdiyi bu azadlığı buxovladılar.

Çoxlu balaca otağı olan yekə bir ev tikdilər. Öz aralarında “dəlixana” adlandırdıqları bu evin adını “Ruhi xəstəxana” yazdılar kağızlarda. Tutub saldılar ora Tanrının hər şeydən azad etdiyi insanı. İçəri salıb qapını çöldən bağladılar. Dayanıb dinlədilər bir müddət. Səs-səmir eşitmədilər. Nə içəridən qapını döyəcləyən oldu, nə də başını divarlara çırpıb çığıran. Yeməyi də qapının altındakı balaca pəncərədən qoyurdular içəri, sanki qapını açsalar, azad adam onları yoluxduracaqmış kimi. Yeməyini siçanlara yedirdirdi azad adam. Özü yemirdi. Yemirdi ki, uçub getsin...

Bir gün səhər səsə oyandı ağıllılar. Eyvanlardan, pəncərələrdən baxıb gördülər azadlığını buxovladıqları adam hasarın üstündə oturub qışqırır:

− Ruhlar xəstələnmir, insanlar! Ruha xəstəxana tikilməz. Sizin tikdiyiniz ağlından azad olmuşları bütöv bir ağıl axmaqxanasından ayıran hasarlardan başqa, bir şey deyil. Göydən verilən azadlığı yerdə daşla, divarla buxovlamaq olmaz...

Yağış yağdı. Narın yaz yağışı. Eyvanlardan, pəncərələrdən çəkildi hamı. Ağıllılar başlarını damların altına soxdular ki, islanmasınlar. Elə hasarın üstündəcə köynəyini soyunub başı üzərində yellədərək yağışı salamladı hamının adından azad adam. Sonra mahnı oxumağa başladı: “Birazdan Günəş yağışı yerlərdən götürüb buludlara qaytaracaq...”

Yağış kəsəndə hasarın başında azad adamın paltarları qalmışdı. Siçanlar paltarların içində vurnuxaraq nəsə axtarırdılar...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)