
Ən kasıb ölkəyə ən yüksək tarif
Trampın ən yüksək rüsumları Afrikanın Lesoto Krallığını vurdu
Trampın ən yüksək rüsumları Afrikanın Lesoto Krallığını vurdu
Bir nəfərin danışdığı dil?
Dünyanın ən zəngin ölkəsində hamı kasıbdır
Yoluxmaların sayı artır
Polşa bələdiyyəsi siçanlarla müharibə elan edib
Ukrayna ilə mədən sazişini dayandıran ABŞ Afrika ölkəsinə üz tutur
Yəmən və Cibuti sahillərində 4 qayıq batıb
Azərbaycan-Türkiyə əməkdaşlığı qitədə bir fürsət ola bilər
ANAMA nəyə görə açıq və şəffaf tender prosedurlarını pozaraq, şübhəli şirkətlərlə əməkdaşlığa üstünlük verib?
Əlcəzair Fransa nazirinin mübahisəli Qərbi Sahara səfərinə etiraz edib
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
26 ildən sonra ilk dəfə ...
Əlcəzairdə prezident seçkilərinin qalibi 84,30 faiz səs toplayıb
ABŞ administrasiyasından Çin e-ticarət platformalarına zərbə
Qurumun nizamnaməsində dəyişiklik gözlənilir, iki Afrika ölkəsinə vetosuz daimi üzvlük təklif ediləcək
Pekin sənaye və təchizat zəncirlərinin sabitliyi üçün başqa qitəyə üz tutur
APOPO qeyri-hökumət təşkilatı bildirib ki, Kambocada afrikalı minaaxtaran siçovul ölkədə 100-dən çox mina və digər partlayıcı maddə aşkar edərək dünya rekordu qırıb. APOPO-nun açıqlamasında bildirilir ki, nəhəng siçovul 2021-ci ildən bəri 109 mina və 15 partlamamış hərbi sursat aşkar etdikdən sonra Belçikada yerləşən xeyriyyə təşkilatı tərəfindən ən uğurlu mina təsbit edən siçovul (MTS) seçilib.
“Ginnesin Rekordlar Kitabı” siçovul Roninə hörmətlə yanaşaraq, gəmiricinin “həyati işinin” “bir səhv addımın sonuncu ola biləcəyi qorxusu ilə gündəlik həyatlarını yaşayan” insanlar üçün əsl fərq yaratdığını söylədi.
“Və Roninin işi hələ tamamlanmayıb. Onun cəmi 5 yaşı var və onun onsuz da rekord həddə çatan ümumi rəqəmlərinə əlavə etməkdə davam edərək ən azı daha iki il mina aşkarlanmasına cəlb ola bilər”, – APOPO-nun açıqlamasında deyilir.
APOPO bildirib ki, Ronin 2021-ci ilin avqustunda Kambocanın “Preah Vihear” əyalətinə yerləşdirilib.
Gəmirici beş il ərzində 71 mina və 38 partlamamış hərbi sursat aşkar edən Afrika nəhəngi Maqavanın rekordunu qırıb.
Qərargahı Tanzaniyada yerləşən APOPO qeyri-hökumət təşkilatının HeroRATS adlandırdığı 104 gəmirici işçisi var.
68 santimetr boyu, 1175 qram çəkisi olan və avokado sevən siçovulun “zəhmətkeş, eyni zamanda mehriban və rahat” xasiyyətə malik olduğu deyilir.
Onilliklər boyu davam edən vətəndaş müharibəsinin yaralarını daşıyan və 1000 kvadrat kilometrdən çox ərazisi hələ də minalanmış Kamboca dünyanın ən sıx minalanmış ölkələrindən biridir.
O, dünyada adambaşına düşən amputasiyaların sayına görə ən yüksək yerlərdən birinə sahibdir, ən azı 40.000 adam partlayıcı maddələr səbəbindən əzalarını itirib.
APOPO bildirir ki, onun HeroRAT-ları 30 dəqiqə ərzində tennis kortu boyda ərazini axtara bilir. Eyni iş, ətrafdakı metal qırıntılarının miqdarından asılı olaraq, metal detektoru istifadə edən mina təmizləyiciyə 4 günə başa gələ bilər.
Təşkilat bildirir ki, bu öyrədilmiş siçovullar partlayıcı maddələrdə TNT adlı kimyəvi birləşməni aşkar edə bilir və metal detektorları cəlb edən ənənəvi üsullardan fərqli olaraq metal qırıntılarına məhəl qoymur.