
Kilsədə korrupsiya
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
Afrikanın ən varlı 4 nəfəri qitə əhalisinin yarısından daha çox sərvətə sahibdir – “Oxfam”
“Dambo” cizgi filminin oxşar variantı faciə ilə bitib
Bir qrup gənc evə basqın edib 6 nəfəri öldürdü
Qanada “Meymun çiçəyi” ilə xəstə sayı 133-ə yüksəlib
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
Bill Qeyts Afrikaya böyük bir ianə vəd edir
Seneqal bütün xarici qoşunları ölkədən çıxarır
Virus Sierra Leonedə epidemiyaya səbəb olub
Afrika Fransanın əlindən xilas olsa, ...
“Milyard dollarlıq investisiyalar Qərb ölkələrindən gələcək”
Azərbaycana gələn 116 ölkənin QHT-ləri dünya əhalisinin 80 faizini təmsil edir
Keniyada məhkəmə qarşısına çıxan 2 nəfər belçikalı 7700 dollar cərimələnib
100-dən çox mina taparaq dünya rekordu qırır
Trampın ən yüksək rüsumları Afrikanın Lesoto Krallığını vurdu
Bir nəfərin danışdığı dil?
Mobil telefonlardan kompüterlərə qədər elektron cihazların ən vacib hissələrinin istehsalında istifadə olunan koltan mədənlərinə yaxın baxış. 15 metr dərinliyə qədər uzanan mədənlərdə uşaqlar 12 saatlıq növbəli işləyir, iş prosesi tamamilə əllə həyata keçirilir. Bu mədən illik yalnız 2 min ton məhsul verir və insan sinir sistemini bağlamada müsbət təsir göstərə bilir.
Müharibənin ən qiymətli qəniməti
Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Rubaya qəsəbəsində “M23” üsyançılarının nəzarətində minlərlə işçi koltan mədənlərində çalışır.
Mobil telefonlardan təyyarə mühərriklərinə qədər bir çox texnologiyada istifadə olunan və tantaluma çevrilən bu mineral, kiloqramı 300 dollardan çox qiyməti ilə qlobal tələbin mərkəzindədir.
Dünya istehsalının 15%-ni təmin edir
Rubaya dünya koltan istehsalının təxminən 15%-ni təmin edir. İstehsal, gündə bir neçə dollar qazana bilən kasıb yerli əhali tərəfindən tamamilə əl əməyilə aparılır.
Buradakı mədənlər uzun illərdir bölgədəki münaqişələrin ən qiymətli qəniməti kimi qiymətləndirilir.
Bölgədə mədənçilik tamamilə əl ilə həyata keçirilir. Tunellər 15 metr dərinliyə qədər enir, qadınlar və uşaqlar dəmir və digər mineralları su dolu hovuzlarda yuyur, sonra günəşdə qurudurlar.
Minlərlə işçi səhər tezdən başlayaraq 12 saatlıq növbələrlə işləyir.
İnsan hüquqları təşkilatları və BMT qanunsuz mədən gəlirlərinin münaqişəni alovlandırdığını və uşaq əməyinin geniş olduğunu vurğulayır. 2010-cu ildən bəri tədarük zəncirini təmizləmə səyləri böyük ölçüdə uğursuz olub.
Ruanda qaçaqçılıq şəbəkəsi
BMT hesabatlarına görə, Ruanda, 2024-cü ilin aprel ayı etibarı ilə “M23” nəzarət zonalarında 1 000–1 500 əsgər yerləşdirib.
Konqo mineralları Qoma və Bukavu şəhərləri vasitəsilə gecə saatlarında Ruandaya daşınır, orada yerli istehsalla qarışdırılaraq mənşəyi gizlədilir.
Rubayanın ələ keçirilməsindən sonra “M23” mədənçilik, ticarət və daşınmanı əhatə edən paralel idarəetmə qurub və koltan ticarətindən aylıq təxminən 800 min dollar gəlir əldə edib.
“M23” ilə KDR bu ay Qətərin paytaxtı Dohada sülh sazişi imzalamağı planlaşdırır.
ABŞ, Konqo-Ruanda arasında paralel danışıqlara vasitəçilik edir və münaqişələr bitərsə milyardlarla dollarlıq investisiya vəd edir. Vaşinqton, Rubayanı 2022–2024-cü illərdə nəzarət edən hökumət tərəfdarı PARECO-FF milis qrupuna sanksiya tətbiq edib.
“M23” 2013-cü ildən ABŞ sanksiyaları altında olduğundan bu son siyahıda yer almayıb.
ABŞ investorlarının marağı
ABŞ Prezidenti Donald Trampın sülh sazişini dəstəkləmə səyləri çərçivəsində, amerikalı sahibkarlar da Rubaya koltanına maraq göstərir.
Texaslı investor Qentri Biç, Rubaya mədənində əksəriyyət payı müqabilində KDR hökumətinə 30% pay saxlayacaq bir razılaşma təklif edib.
KDR-nin rəsmi mədən sektoru hələ də Çin şirkətlərinin hakimiyyətində olsa da, bölgədə kobalt, qızıl, mis, litium və almaz kimi zəngin ehtiyatlar mövcuddur.
Koltan mədənindən çıxarılan mineralların böyük hissəsi, smartfonlar və digər tələb olunan elektron cihazların əsas komponenti olan elektron kondensatorlar istehsalında istifadə olunur.
Tantal, son dərəcə elastik olub nazik tel halına gətirilə bilər. İnsan orqanizmində immun cavab yaratmadığı üçün cərrahiyyə alətlərində, sümük əvəzedici material kimi, kəsilmiş sinirləri bağlamaqda və əzələləri birləşdirən vasitə kimi istifadə olunur.