vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 8 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
HƏYATIN DİBİ  
Cəmiyyətdən uzaq 4 illik həyat 11:22 | 8 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 97 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəmiyyətdən uzaq 4 illik həyat

Sirr dolu qaçış hekayəsi dramla bitdi – ata öldü, uşaqlar hələ də itkin

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni Zelandiyada dörd illik qaçış dramla sona çatdı. Ölkə polisi 2021-ci ildən bəri uşaqları ilə birlikdə qaçqın həyatı yaşayan Tom Filipsin (Tom Phillips) baş verən atışmada öldüyünü açıqlayıb.

“The Guardian” qəzetinin məlumatına görə, uşaqlardan biri bu gün Piyopio yaxınlığında baş verən atışmada Filipsin yanında idi, digər iki uşağın taleyi isə hələ də müəmmalıdır.

Filips və uşaqlarının harada olduğu barədə sirr uzun müddətdir davam edirdi. Bu müddətdə çoxlu axtarışlar aparılıb, mükafat vəd edilib. Yeni Zelandiya sərt sərhədləri olan bir ölkə olaraq, Filipsin necə aşkarlanmayaraq qaça bildiyini anlamaqda çətinlik çəkdi.

 

Hadisə necə başladı?

 

Hər şey 2021-ci ildə, Filipsin uşaqları Ember (9), Maverik (Maverick) (10) və Ceyda (Jayda) (12) ilə anası arasında yaşanan mübahisədən sonra Vaikato vəhşi təbiətinə qaçması ilə başladı. Filipsin uşaqlarının qanuni himayəsi yox idi.

Filipsin gizləndiyi güman edilən Vaykato bölgəsi, qərbdə uzun sahil zolaqları, mərkəzdə meşəlik və kənd təsərrüfatı əraziləri, şimalda isə mağara şəbəkələri və kiçik kənd və qəsəbələrdən ibarətdir.

O itkin düşməzdən əvvəl bir çox Yeni Zelandiyalı bu ərazini xəritədə tapmaqda çətinlik çəkirdi. Burası Vaykatoda, ən yaxın şəhər olan Hamiltondan iki saat məsafədə, sıx meşəlik və təpəli ərazilərdə yerləşir. Burada uzun virajlı bir yol var, ərazi sakit və insan həyatından təcrid olunub.

 

Necə sağ qaldılar?

 

Bölgənin uzaqlığı, polisin Filipsi tapma səylərini çətinləşdirdi. Ailəsinin ona kömək etdiyi barədə heç bir əlamət yox idi, amma onun bu çətin ərazidə özünü və üç uşağını necə qoruyub saxlaması cəmiyyəti təəccübləndirdi.

Filipsin uzun müddət ortadan yoxa çıxması, əvvəlki qısa müddətli orman səfərlərindən əvvəl baş vermişdi.

2021-ci ilin sentyabrında, dördünün yoxa çıxdığı bildirildi və onun avtomobili Marokopa sahilində tapılmışdı. Bu, həm dəniz, həm də quru üzrə böyük axtarış əməliyyatının başlanmasına səbəb oldu.

 

Həbs əmri çıxarıldı

 

Filips və uşaqlar 19 gün sonra Marokopanın yaxınlığında ailə ferma evinə qayıtdı. Filips uşaqlarını uzun bir meşəlik kamp səfərinə çıxardığını söylədi. Polis, vaxt və resurslarının boşa sərf edildiyini iddia edərək onu günahlandırdı.

Amma üç aydan az müddət sonra, dördü yenidən itkin düşdü və Filips yanvar ayında məhkəməyə gəlməyincə barəsində həbs əmri verildi.

Təxminən dörd il boyunca ictimaiyyətlə az əlaqə saxladılar. Amma Filips 2023-cü ilin may ayında yaxınlıqdakı Te Kūitidə silahlı bank soyğunu etdiyi iddia edildi. Həmin ilin noyabrında isə kiçik bir marketi soymağa cəhd etdiyi bildirildi. 2023-cü ilin ortasında bir neçə dəfə daha görünmüşdülər, iyun ayında isə məlumat verənlərə 80.000 dollar mükafat qoyuldu, amma izləri itib getdi.

Polis Filipsi adi həyat tərzi sürməyən, sosial mediadan uzaq duran və bank xidmətlərini məhdud istifadə edən biri kimi təsvir etdi. Filips və uşaqlarının illər ərzində necə sağ qaldığı dəqiq bilinmir.