
Mərakeşdə etirazlar nəzarətdən çıxdı
Hökumət əleyhinə aksiyalarda iki nəfər öldürüldü
Hökumət əleyhinə aksiyalarda iki nəfər öldürüldü
Mərakeşdə son illərin ən böyük etirazlarına “Z” nəsli damğa vurdu
Kenya hökuməti şimal ağ kərgədanlarını 24 saat silahlı qoruma altında saxlayır
Yağışın azalması və yüksək temperatur planeti yaşanmaz hala gətirəcək
Bununla belə Pekinin ixrac payı Vaşinqtondan iki dəfə azdır
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
Hər şey mobil telefondan elektron cihazlara qədər bu mədənə bağlıdır
“Dambo” cizgi filminin oxşar variantı faciə ilə bitib
Bir qrup gənc evə basqın edib 6 nəfəri öldürdü
Qanada “Meymun çiçəyi” ilə xəstə sayı 133-ə yüksəlib
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
Bill Qeyts Afrikaya böyük bir ianə vəd edir
Seneqal bütün xarici qoşunları ölkədən çıxarır
Virus Sierra Leonedə epidemiyaya səbəb olub
Afrika Fransanın əlindən xilas olsa, ...
“Milyard dollarlıq investisiyalar Qərb ölkələrindən gələcək”
“Oxfam” beynəlxalq yardım təşkilatının yeni hesabatına görə, Afrikanın ən zəngin 4 milyarderi qitə əhalisinin yarısına – yəni təxminən 750 milyon nəfərə – məxsus ümumi sərvətdən daha çoxuna sahibdir.
“Afrikada gəlir bərabərsizliyi və super-zənginlərin yüksəlişi” adlı hesabatda qitədə gəlir bərabərsizliyinin daha da dərinləşdiyi vurğulanıb. Qeyd olunur ki, hazırda 460 milyon afrikalı – əhalinin üçdə birindən çoxu – həddindən artıq yoxsulluq səviyyəsində yaşayır.
Nigeriyalı Aliko Danqot, Cənubi afrikalı Yohann Rupert və Niki Oppenhaymer, həmçinin misirli Nassef Sauiris bu 4 nəfərlik siyahıya daxildir. Onların birlikdə toplam 57,4 milyard dollar sərvətə malik olduğu bildirilir – bu isə qitənin yarısına yaxın əhalinin ümumi sərvətindən çoxdur.
“Oxfam” bildirir ki, bu dərəcədə fərqin əsas səbəbi Afrikadakı siyasi iradə çatışmazlığı və ədalətsiz vergi sistemidir. Hesabatda qeyd olunur ki, zənginlər var-dövlətlərini xaricə çıxararaq vergi öhdəliklərindən yayınır, dövlətlər isə onları vergiyə cəlb etmək üçün ciddi tədbir görmür.
***
“Oxfam”ın hesablamasına görə, Afrikanın ən zənginlərindən yalnız 1 faiz əlavə sərvət vergisi və 10 faiz gəlir vergisi alınsa, bu, qitədə təhsil və elektrik enerjisinə çıxış kimi əsas problemlərin həllinə kifayət edər.
2000-ci ildə Afrikada heç bir milyarder yox idi. Hazırda isə qitədə 23 milyarder var və onların sərvəti son 5 ildə 56 faiz artıb. Eyni zamanda, kişilərin şəxsi sərvəti qadınlarınkından 3 dəfə çoxdur – bu da Afrikanı cinsiyyətə görə ən bərabərsiz qitə edir.
“Oxfam” Afrika direktoru Fati N'zi-Hassane bildirib ki, “Afrika varlı bir qitədir, lakin bu var-dövlət kiçik bir elit təbəqənin əlində cəmlənib. Bu, təsadüf yox, siyasi uğursuzluqdur”. Onun fikrincə, çıxış yolu ədalətli vergidən keçir: “Çözüm sadədir – zənginləri vergiyə cəlb etmək və qalan əhali üçün sərmayə yatırmaq. Əgər Afrikada hökumətlər ədalət və islahatda səmimidirlərsə, elit təbəqəyə üstünlük verməyi dayandırmalı, cəmiyyətin rifahına xidmət edən iqtisadiyyatlar qurmalıdırlar”.