200 minlik çanta oğurlandı – VİDEO
Parisdə lüks mağaza qarət olundu
16:11 | 22 may 2025 | Cümə axşamı
Məqaləyə 245 dəfə baxılıb
Şriftin ölçüsü
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
İran Şimali Afrikada yeni terror şəbəkəsi yaradır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Seneqalın baş naziri Ousmane Sonko bəyan edib ki, ölkədəki bütün xarici qoşunlar iyulun 31-dək ölkədən çıxmalıdır. Qərar xüsusilə Fransanın hərbi mövcudluğunu hədəfləyir.
Seneqalda yerləşən yeganə xarici qüvvə olan Fransa ordusu 2012-ci ildə imzalanmış müdafiə sazişinə əsasən bu ölkədəki bir neçə hərbi bazada yerləşib. Amma bu bazaların dövrü artıq başa çatıb.
Mayın 15-də Dakardakı kontr-admiral Protet hərbi dəniz bazası rəsmi olaraq Seneqal hakimiyyətinə təhvil verilib.
Mart ayında Marşall və Sen-Eksüperi obyektləri fransızlar tərəfindən boşaldılıb. Qalan bazaların çatdırılması mərhələli şəkildə davam edir.
Burkina Fasonun milli yayımı RTB-yə danışan Baş nazir Sonko, hakimiyyətə gəldikdən bəri Seneqalın tam suverenliyini təmin etmək üçün addımlar atdıqlarını söylədi: "Artıq Seneqal torpaqlarında heç bir xarici hərbi baza olmayacaq. Biz bütün ölkələrə məlumat vermişik. Çıxarma prosesi başlayıb".
Sonko cəmi iki gün əvvəl daha bir bazanın boşaldıldığını təsdiqləyərək, sonuncu obyektin iyulun sonuna qədər təhvil veriləcəyini bildirib.
***
Seneqalın öz milli ordusu və təhlükəsizlik qüvvələrinə sahib olduğunu vurğulayan Sonko, xarici hərbi varlığa ehtiyac duymadıqlarını ifadə edərək, “Biz öz təhlükəsizliyimizi təmin edəcək qədər güclüyük. Bu, suverenliyin təbii bir addımıdır”, – deyib.
Sonko bəyanatının sonunda digər Afrika ölkələrinə də müstəqillik üçün oxşar çağırış edib.
Seneqal prezidenti Bassirou Diomaye Faye də 2023-cü ilin noyabrında etdiyi çıxışda Fransanın hərbi mövcudluğunu "suverenliklə uyğun gəlməyən bir vəziyyət" kimi təsvir etdi. Yeni administrasiya xüsusilə Fransanın təsirini məhdudlaşdırmaq üçün addımlar atır.