
Vətəndaşları ehtiyatlı olmağa vadar edirdi
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
AMB rəhbərindən FED xəbərdarlığı
AMB rəsmisi: “AMB yeni pul siyasəti mərhələsinə daxil olub”
“Mərkəzi bank inzibati deyil, iqtisadi alətlərə üstünlük verir”
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
Taleh Kazımovun dosyesi...
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
Dünən (oktyabrın 22-də) Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri hörmətli Taleh Kazımovun dəvəti ilə MB-da bir qrup iqtisadçılarla görüş oldu. Əvvəl onu qeyd edək ki, vacib dövlət qurumu olan AMB-ın ekspertlərlə görüşü artıq ənənəyə çevrilib və bu digər hökumət qurumları üçün də örnək olmalıdır.
Təqribən 3 saata yaxın davam edən görüşdə müxtəlif məsələlər ətrafında açıq müzakirələr oldu. İqtisadçıların qaldırdığı problemlərin bir çoxu hökumətin işi ilə bağlı idi, Mərkəzi Bankın səlahiyyətlərini aşırdı, sadəcə, hökumət qurumları açıq söhbətdən qaçırlar deyə, məcburən dövlət qurumuna iradlar bildirildi.
Bunlardan iki məsələ önəmli idi:
1. Taleh Kazımov qeyd etdi ki, şəxsən özü və rəhbəri olduğu dövlət qurumu kiçik sahibkarlar üçün 2006-cı ildə tətbiq olunan və israrla dəyişdirilməyən 200 minlik dövriyyə limitinin dəyişdirilməsinin tərəfdarıdır. İndi kiçik sahibkarın dövriyyəsi 200 mini keçən kimi “şanlı” vergi orqanları onları ƏDV-yə cəlb edir, 18% əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər. Bu doğru deyil, 200 minlik məbləğ çox aşağıdır, ən azı, 500 min manat olmalıdır. Bu problemi illərdir qaldırılır, kiçik sahibkarlara dəstək tələb olunur. Taleh Kazımovun da eyni mövqedə olması yaxşı nəticədir.
2. Mərkəzi Bank ölkədə ÜDM-ın artım tempinin aşağı, inflyasiyanın yuxarı olmasından narahatdır, amma əlində olan alətlərlə bu problemlərin həllində aktiv ola bilmir. Onu da əlavə edək ki, indiki iqtisadi sistem AMB-ın iqtisadi alətlərlə tənzimləmə imkanlarını məhdudlaşdırır. Məntiqlə, iqtisadi sistemdə köklü islahatlara getmək lazımdır ki, Mərkəzi Bank da öz requlyativ funksiyalarını effektiv yerinə yetirə bilsin.
Sonda onu da deyək ki, Mərkəzi Bank tənqidlərə, təkliflərə açıq olması təqdir edici yanaşmadır. Amma, AMB-nin dövlət qurumu kimi özünün də hökumətdən tələbləri olmalıdır...