vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 2 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
“Dünya üçün ciddi təhlükə olar” 08:18 | 2 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 225 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dünya üçün ciddi təhlükə olar”

AMB rəhbərindən FED xəbərdarlığı

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard (Christine Lagarde), ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyini itirməsinin dünya üçün “ciddi təhlükə” yaradacağını bildirib.

Laqard bu gün Fransada “Radio Classique” radiostansiyasına verdiyi müsahibədə, ABŞ Prezidenti Donald Trampın FED rəhbəri Cerom Pauell’i vəzifədən uzaqlaşdırmaq planlarının həm ABŞ, həm də dünya iqtisadiyyatı üçün çox təhlükəli ola biləcəyini vurğulayıb.

“Əgər ABŞ-ın pul siyasəti artıq müstəqil olmayıb hər hansı şəxsin göstərişlərinə bağlı olsaydı, bu vəziyyətin Amerikanın iqtisadi tarazlığına təsiri son dərəcə narahatedici olardı. Çünki ABŞ dünyanın ən böyük iqtisadiyyatıdır və bu, qlobal miqyasda güclü dalğalanmalar yaradar”, – deyə AMB rəhbəri qeyd edib.

Laqard həmçinin Fransada etimad səsverməsi ərəfəsində siyasi risklərin artmasına diqqət çəkib. O, Avrozonada hökumətlərin dağılması ehtimallarının maliyyə bazarlarında qeyri-müəyyənlikləri gücləndirdiyini bildirib: “Bazarlar riskləri qiymətləndirir və son günlər ölkə risklərinin artdığını görürük”.

Fransa Baş naziri Fransua Bayru 8 sentyabrda parlamentdən etimad səsi istəyəcək. Buna səbəb, xərclərin ciddi şəkildə azaldılmasını və vergi artımlarını nəzərdə tutan planlarının müxalifət partiyaları tərəfindən dəstəklənməməsidir.

Parlamentin kəskin şəkildə parçalanmış olduğu bir şəraitdə, Avrozonada ən böyük büdcə kəsiri ilə üzləşən Fransanın necə hərəkət edəcəyi barədə artan qeyri-müəyyənlik investor narahatlığını gücləndirib. Ötən həftə Fransız istiqrazlarının satışa çıxarılması ölkənin borclanma xərclərini Almaniya ilə müqayisədə yanvar ayından bəri görünməmiş səviyyələrə qaldırıb.

AMB rəhbəri vurğulayıb ki, borc probleminin həlli bütün ölkələr üçün həyati əhəmiyyət daşıyır. Lakin bu məqsədə çatmaq üçün hansı siyasi yolların izlənəcəyinə dair fikir bildirməyib: “Dövlətin, yerli idarələrin və ölkənin maliyyələşməsinə imkan verəcək davamlı borc siyasətinə ehtiyac var. Bu həm də maliyyə bazarlarına etibarlılıq mesajı vermək üçün büdcə intizamını tələb edir”.

Baş nazir Fransua Bayru, bəzi rəsmi tətil günlərinin ləğvini də əhatə edən və təxminən 43 milyard avroluq qənaət imkanı yaradan 2026-cı il büdcə layihəsi müzakirəyə çıxarılmadan öncə hökuməti etimad səsverməsinə aparacağını açıqlamışdı.