Üç təməl prinsip
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
07:24 | 2 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 1605 dəfə baxılıb
Şriftin ölçüsü
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Son vaxtlar olduqca maraqlı bir tendensiyanı hamımız müşahidə edirik: Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan artıq sülh siyasətinin əhəmiyyətini dərk edib Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün konstruktiv addımlar atmağa başlasa da, lakin Ermənistanın keçmiş havadarları olan bəzi ölkələr bu prosesə zərbə vurmaq xəttini hələ də israrla davam etdirirlər.
Söhbət xüsusən də Hindistandan gedir. Bu ölkə bu gün Çində keçirilən sammitdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini növbəti dəfə bloklayıb. Hindistanın millətçi-türkəfob baş naziri Narendra Modi Azərbaycanın sözügedən quruma tamhüquqlu üzvlüyünə mane olub.
Öz növbəsində Pakistan rəhbəri də Hindistanın Azərbaycanla bağlı xain hərəkətinə cavab olaraq Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb. Başqa sözlə desək, Pakistanın baş naziri Şahbaz Şərif hindistanlı həmkarının Azərbaycanla bağlı alçaq hərəkətinə görə Ermənistanı cəzalandırıb.
Beləliklə, Azərbaycan-Ermənistan qarşıdurması hər iki Cənubi Qafqaz ölkəsi üçün artıq de-fakto tarixə çevrilsə də, lakin bu qarşıdurma Pakistan-Hindistan münasibətlərinə proyeksiya olunaraq bir qədər dəyişik şəkildə davam edir.
Daha doğrusu, bu qarşıdurmanı məhz Hindistan davan etdirir. Bu ölkənin radikal-millətçi, antitürk və anti-İslam mövqeli rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistana qarşı düşmənçilik mövqeyini özünün rəsmi siyasətinə çevirərək, müxtəlif ölkələrlə (Ermənistan, İran, Rusiya, Yunanıstan, Cənubi Kipr, Misir, İsrail və Fransa) bizə qarşı vahid cəbhə yaratmağa çalışır.
Lakin nifrət hissi Narendra Modinin gözlərini və ağlını o qədər korşaldıb ki, o, Ermənistanın artıq bu oyundan çıxdığını, Nikol Paşinyanın fərqli kurs yürütdüyünü görə bilmir və ya görmək istəmir. Həmçinin, Fransa da Azərbaycanla düşmənçiliyin zərərli olduğunu anlayaraq ölkəmizə qarşı aqressiv siyasətini dəyişməyə başlayıb.
N.Modi, eyni zamanda, Ermənistan hökumətinin Çinin təşviqi ilə Azərbaycanın strateji müttəfiqi olan Pakistanla diplomatik münasibətlərin qurulmasına qərar verdiyini və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməyə başladığını da görmür.
Bir sözlə, Hindistanın baş naziri reallıq hissini itirib. Putin kimi Modi də ağılsız və isterik addımlar atmağa başlayıb.
Bu arada Azərbaycan, Türkiyə və Pakistan isə Türk-İslam həmrəyliyini daha da dərinləşdirərək Hindistan (eləcə də İran, Rusiya) kimi toksik ölkələri cilovlamaq üçün birgə planlar cızmalıdırlar.