Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
07:18 | 7 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 391 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ötən yazılarımdan birində rusiyalı politoloqlar Sergey Markov və Maksim Şevçenkonun Yekaterinburq hadisələrindən sonra qatı anti-Azərbaycan mövqeyinə keçməsindən danışmışdım.
Bugünkü qeydlərimin “qəhrəman”ları isə Ruslan Qurbanov və Aleksandr Artomonovdur.
İstər Sergey Markov və Maksim Şevçenko, istərsə də Ruslan Qurbanov və Aleksandr Artomonov son günlər birmənalı surətdə Kremldən verilən “tezis”lər əsasında işləyir, propaqanda aparırlar.
Daha doğrusu, adlarını çəkdiyim və çəkmədiyim bir çox politoloqlar iyunun 27-də birbaşa Kremlin “xeyir-dua”sı ilə güc strukturları tərəfindən Yekaterinburq səhərində yaşayan azərbaycanlılara qarşı törədilən sifarişli həbs və qətl hadisəsinin gerçək səbəblərini ört-basdır etmək və eləcə də Azərbaycan dövlətinin ədalətli cavab addımlarını bizim öz əleyhimizə propoqanda vasitəsi kimi istifadə etmək üçün hərəkətə keçiblər.
Kremldən bu politoloqlara tapşırılıb ki, Rusiya ilə Azərbaycan arasında yaşanan hazırkı gərginliyin günahını Rusiyadan yayındırsınlar və üçüncü qüvvələri günahkar qismində göstərsinlər. Məhz bu səbəbdən də Sergey Markov, Maksim Şevçenko kimi tanınmış politoloqlar Azərbaycan tərəfinin Yekaterinburqdakı qətliama sərt təpki verməsini utanmadan Böyük Britaniyanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi planları ilə, 12 günlük İran-İsrail müharibəsinin nəticələri ilə, Ərdoğanın Zəngəzur dəhlizi və “Böyük Turan” planları ilə və bu qəbildən olan bir sıra digər geosiyasi amillərlə əlaqələndirməyə çalışırlar.
Təəssüf ki, siyasi şərhçi və şərqşünas kimi tanıdığımız Ruslan Qurbanov da bu murdar “estafet”ə qoşularaq Rusiya-Azərbaycan qarşıdurmasının motivlərini London-siti (Böyük Britaniya) və xüsusən də İsraildə axtarmağa cəhd göstərir. Və deyir ki, İsrail və Azərbaycan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün guya birgə fəaliyyət göstərir. Onun düşüncəsinə görə, guya, İsrail aranı qatır, bütün Qafqazı qarışdırır. Amma bunu deyərkən, Ruslan Qurbanov İsrailin Qafqazda aranı qarışdırmasına və ya Rusiya ilə Azərbaycan arasında gərginliyi qızışdırmasına dair bir dənə də real fakt ortaya qoymur. O, sadəcə olaraq adi “obıvatel”lər kimi, çayxana “ekspert”ləri kimi konspiroloji versiyalar səsləndirir. Heç kim də durub ona iradını bildirmir ki, ay hörmətli şərqşünas, İsrail hara, Yekaterinburq hadisələri hara?
Digər siyasi şərhçi və hərbi ekspert Aleksandr Artomonov isə Rusiya-Azərbaycan qarşıdurmasının kökündə “Türkiyə izi”ni axtarmağa üstünlük verir və hesab edir ki, hazırkı Türkiyə hakimiyyətinin “NeoOsmanizm” və “Turan birliyi” planları, habelə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Zəngəzur dəhlizinin açılması istiqamətində göstərdiyi birgə səylər Rusiyanın maraqlarına qarşı yönəlib və hazırkı gərginlik də guya bundan qaynaqlanır.
Son Rusiya-Azərbaycan qarşıdurmasında “ABŞ izi” axtaran rusiyalı politoloqlar da var. Və hətta bəziləri Fransa prezidenti Emmanuel Makronun üç illik fasilədən sonra bugünlərdə Putinə zəng etməsini də Yekaterinburq hadisələri ilə əlaqələndirməyə çalışırlar. Guya Putinə zəng etməyi də Makrona məhz London-sitidən tapşırıblar...
Göründüyü kimi Putinin Yekaterinburq faciəsindəki rolunu və onun Rusiya-Azərbaycan qarşıdurmasındakı birbaşa günahını unutdurmaq, arxa plana keçirmək üçün və Putinin əvəzinə başqa “günah keçiləri”ni tapıb izi itirmək üçün rusiyalı politoloqlar rəsmən dəridən-qabıqdan çıxır, ən ağlasığmaz versiyalar səsləndirirlər. Əgər utanmasalar, hətta yadplanetliləri də günahkar çıxara, Yekaterinburq basqınının günahını Marsdan gələnlərin üzərinə də ata bilərlər. Necə deyərlər, nə olur olsun, təki Putin hədəfdə olmasın.
Bu da o deməkdir ki, rusiyalı politoloqlar artıq politologiya elmini rüsvay etmək üçün sözün əsl mənasında yarışa çıxıblar. Beləliklə, Rusiyanın idbarlığı, anormallığı bir də rusiyalı politoloqların simasında üzə çıxır...