Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:11 | 29 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 478 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Müsahibələrində keçmiş SSRİ-nin dağılmasını həmişə "geosiyasi fəlakət" kimi dəyərləndirən və sovet dövrünün xiffəti ilə yaşayan keçmiş DTK (KQB) polkovniki Vladimir Putin postsovet ölkələrini yenidən Kremlin diktatı altında birləşdirmək niyyətini son vaxtlar daha da açıq şəkildə nümayiş etdirir.
O, 1920/1922-ci illərdə rus-bolşevik hərəkatının lideri Vladimir Leninin ilk növbədə Cənubi Qafqaz respublikalarını ələ keçirməklə yaratdığı hibrid, süni dövlət olan sovet imperiyasını - Sovetlər İttifaqını bu gün yenidən "diriltmək", onu biraz fərqli formada bərpa etmək istəyir.
Sxem isə eyni sxemdir. Putin də eynilə Lenin kimi bu neoimperialist-işğalçı planın tətbiqinə Cənubi Qafqazdan başlamağı düşünür. Başqa sözlə desək, Putin Leninin 103 il öncəki təcrübəsini təkrarlamaq istəyir.
Əsas hədəf isə təbii ki, o vaxtkı kimi bu gün də ilk növbədə məhz Azərbaycandır.
Nədən məhz Azərbaycan?
AZAL-ın təyyarəsinin vurulmasından və Yekaterinburq hadisələrindən sonra Rusiya-Azərbaycan münasibətlərinin pozulmağa başlaması bu gün Putin Rusiyasına Ukrayna müharibəsindən də daha ağır zərbə vurmaqdadır.
ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın Zəngəzur dəhlizinin amerikalı özəl şirkət tərəfindən idarə edilməsini təklif etməsi və İspaniyanın “Periodista Digital” nəşrinin Ermənistan hökumətinin bununla bağlı ABŞ ilə birlikdə gizli anlaşma imzaladığını, dəhlizin adının isə “Tramp körpüsü” olacağı iddiası ilə çıxış etməsindən sonra Moskvanın narahatlığı ikiqat artıb. Putin bu iddialara ciddən inanıb və hərəkətə keçib.
O, Cənubi Qafqazda güc balansının dəyişməsi, keçmiş tərəfdaşlarla (Azərbaycan, Ermənistan və Gürcüstan) əlaqələrin zəifləməsinin qarşısını almaq və bölgədəki təsirini bərpa etmək üçün son günlər bütün diqqətini Cənubi Qafqaza yönəldib.
Putin və onun generalları Azərbaycana hücumu ənənəvi istiqamətlərdən – Xəzər dənizi və Dağıstan istiqamətindən əlavə, həm də Ermənistan üzərindən gerçəkləşdirmək planlarını nəzərdən keçirirlər. Rusiyanın son günlər Ermənistanda aktivliyini artırması və oradakı hərbi bazaya intensiv surətdə silah-sursat, hərbi texnika daşıması da bu planlardan qaynaqlanır.
Lakin Putinin generalları və strateqləri olduqca pis məsləhətçilərdir. Onlar reallıq hissini tamamilə itirməkdə olan Rusiya liderinə xəyallarla yaşamamağı və hazırkı reallıqların 103 il öncəki geosiyasi proseslərdən köklü şəkildə fərqli olduğunu ona başa salmaq əvəzinə, onun sərsəm planlarına dəstək vermək yolunu tuturlar.
P.S. Putin anlaya bilmir ki, onun Leninin yolunu təkrarlaması mümkünsüzdür.
P.P.S. Bu gedişlə, Putin tarixə imperiyanın bərpaçısı kimi deyil, Rusiyanın qəbrini qazan şəxs kimi düşə bilər.