
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Öncəki yazılarımdan birində III Şuşa Qlobal Media Forumuna qatıldığına və forum çərçivəsində ukraynalı jurnalist Dmitri Qordonla da görüşüb söhbət etdiyinə görə politoloq Sergey Markovu Kremldə çox ciddi sorğu-sualın gözlədiyini qeyd etmişdim.
Və budur, Kreml Sergey Markovu “məhşər” ayağına çəkməyə macal tapmamış, Z-blogerlər (Rusiyanın müharibə siyasətini təbliğ edən propaqandistlər) Şuşa mediaforumuna qatılmasına görə Rusiya rəhbərliyindən Sergey Markovun cəzalandırılmasını tələb edirlər.
Sözügedən “müharibə qarğaları” (Z-blogerlər) Sergey Markovu İlham Əliyevə həddindən artıq dəstək verməkdə ittiham edir və onun “inoagent” (xarici agent) elan edilməsini istəyirlər.
Bloger Yuri Podolyaka isə biraz da irəli gedərək bildirib ki, Markov Azərbaycanda səsləndirdiyi fikirlərdən sonra “Rusiyada özünü bir politoloq kimi dəfn etdi”.
Göründüyü kimi Z-blogerlər Markova qarşı həddindən artıq sərt və barışmaz mövqe tutublar.
S.Markov isə öz növbəsində RTVİ-a açıqlamasında Şuşa mediaforumu kimi beynəlxalq tədbirlərdə çıxışları zamanı Rusiyanın maraqlarını müdafiə etdiyini, buna görə də daxildəki düşmənlərin, “Böyük Britaniya casusları”nın, “Zelenskinin maraqlarına xidmət edənlər”in onun belə tədbirlərdə iştirakını istəmədiyini bildirib. Rusiyalı politoloq onu tənqid edən propaqandistləri “axmaqlar”, “marginal”lar adlandırıb.
Ancaq Sergey Markov bəlkə də biraz dərindən araşdırsa, baxıb görər ki, həmin “axmaq”, “marjinal” blogerlərin, propaqandistlərin hamısı ona qarşı hücum təlimatını da Londondan-flandan yox, elə Kremlin özündən alırlar.
Bəli, Kreml bu qədər kinlidir. Onun üzü dönəndə, hətta Sergey Markov kimi Rusiyanın sədaqətli xidmətçilərini də bağışlamır...
P.S. Yeri gəlmişkən, sözügedən Z-blogerlər İlham Əliyevin yürütdüyü siyasəti “unikal və uğurlu siyasət” kimi qiymətləndirdiyinə görə TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmanı da hədəf alıblar.