Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
09:26 | 5 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 168 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Putin və Kreml ətrafında xeyli hakimiyyətdaxili müəmmalı xəbərlər dolaşır. Məlumata görə, Putin nəsə hərbi çevrilişdən ciddi ehtiyatlanır. Hətta, yaxın dostu olmuş sabiq Müdafiə naziri, Rusiya Təhliüəsizlik Şurasının katibi Sergey Şoyqudan da şübhəlidir.
Ciddi mənbələrin də məlumatına görə, Kreml Putinin həyatı üçün narahatlıqla, təhlükəsizlik tədbirlərini xeyli gücləndirib. Elit təbəqələr sui-qəsdindən, mümkün pilotsuz uçuş aparatları hücuma qədər hər cür təhdidlərdən ehtiyat edilir.
Kremldə yaranan bu qorxu Putinin şəxsindən qaynaqlanır. Ətrafına qarşı mühafizə sistemi Kremlə də sirayət edir. Bu ehtiyat tədbirləri çox yəqin ki, ondakı paranoidal (insanda ona qarşı qəsd, təqib gözləntili aşırı psixoloji halı) durumla bağlıdır. Bəs bu durum nədən yaranıb?
Ehtimal ki, bu fevralın sonunda Əli Xameneyinin ABŞ-İsrail tərəfindən vurulmasından sonra yarana bilər. Bu sui-qəsd Putinin bərk qorxu, stress keçirməsinə səbəb olub. Məlumata görə Putin bu dövrdə sui-qəsd şübhəsilə daim öz bunkerinə çəkilib. Ailəsi ictimai yerlərdə görünməyi tam dayandırıb. Onun təbliğatçıları tez-tez əvvəlcədən yazılmış süjet, audio-videolar səsləndirirlər.
Əvvəla, Qərbin istənilən kəsi bu cür yüksək, hətta bunkerdə vurma hərbi-texnoloji imkanda olması məlum olub. İkincisi Kreml rəhbəri 10 ildir parkinson xəstəsidir. Parkinson isə, mərkəzi sinir sisteminin pozuntu xəstəliyi olmaqla, paranoya (şübhə və qorxu hissi) əlamətlərinə çox meyllilik yaradır.
Putinin mart ayı əvvəlindən bəri ictimaiyyətin diqqətindən, demək olar ki, tam yoxa çıxmasını da, buna əlavə etsək, təkidlə Kremlin yaxınlığında yüksək dərəcəli qoruyucu sistem tətbiq etməsinin mənzərəsi aydın olur.
Xameneyi hadisəsindən sonra, Moskvanın xeyli ərazilərində rabitə, radio dalğalar tez-tez bloklanır. Putinin yaxın çevrəsinə smartfondan istifadə etmək qadağan edilib. Hətta aşpazlar və mühafizəçilərin özləri belə ekstra nəzarətdir və ciddi müşahidə sistemləri vasitəsilə izlənilir..
Keçmiş nazir Şoyqu xüsusən də orduya təsirli imkanlarına görə, özü şübhə və risk altındadır. Türk əsilli Şoyqunun demək olar bütün müavinləri korrupsiya adı ilə istintaq altındadır.
Yekunda nə demək olar? Putinin ABŞ, İsrail və ya başqa ölkə tərəfdən vurulması versiyası heç ağlabatan deyil. Amma, cənabın sinir-psixoloji durumunun getdikcə pisləşməsini, demək olar. Bu vəziyyət isə tarix boyu çox vaxt saraydaxili sui-qəsdlərlə nəticələnib.