İrana 3–5 gün möhlət
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
21:48 | 13 oktyabr 2016 | Cümə axşamı
Məqaləyə 2412 dəfə baxılıb
Şriftin ölçüsü
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
Bir üzv digərinin ərazisini bombalayıb
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Gürcüstanda hökumət aşura mərasimi keçirilməsi üçün hər imkan-şərait yaradıb. Hətta, kilsənin rəhbəri də şiə-hüseynçilərə qoşulub sinə döyür... Görmüsünüzmü, keşiş şaxsey-vaxsey vursun? Bir başqa faktda isə aşurа yürüşünü tənzim edən yol polisi də sinə döyür. Yuxarıdan xüsusi yaşıl işıq var bu məsələyə, hiss olunur ki...
Ancaq, oradakı soydaşlarımızın, Borçalı xalqının öz ata-baba Elat türk milli bayramlarının keçirilməsinə, sülh məramlı haqlarının ödənilməsinə imkan verilmədi. Hakimiyyət orqanları gūc tətbiq edib, bununla bağlı olan tədbiri dağıtdı, Azərbaycan və Türk bayraqları zorla alındı. Bakıdakı «Borçalı» Cəmiyyəti rəhbərinə Gürcüstana giriş qadağan edildi, doğma ata yurduna gedə bilmir.
Görünən odur ki, (və bu xeyli əvvəllər də hiss edilirdi), Gürcüstanın indiki siyasi rəhbərliyindəki kimlərəsə, orada yaşayan çox yüzminlik Azərbaycan türklərinin şiələşib, farslaşıb, iranlaşıb və türk milli kimliyindən sapdırılması, uzaqlaşdırılması sərf edir.
Bu da yəqin ki, aşura və şiəlikdən yararlanmaqla, bir antitürkçülük siyasi fürsətidir. Və bir qədər dərindən araşdırsaq, çox da yəqin ki, bu siyasətin kökündə və ən azı, ictimai səviyyədə Gürcüstan-İran gizli razılaşmasının dayandığını da aydın etmək olar.
Ona görə, dəfələrlə qeyd edirəm ki, bugünkü şiəlik 79-cu ilə qədərki Şah dövrü və ondan əvvəlki əsil-natural şiəlikdən deyil. Indiki şiəlik, Xomeyni ideologiyası və Xameneyi icraçılıgında siyasiləşmiş şiəlikdir ki, konkret bir rejimin marağına xidmət edir. Fikir versəniz, bu şəbəkə ūzvlərinin bir çoxu ictimai-siyasi prosesləri politoloq kimi bilir, dindən siyasətə, siyasətdən dinə ustaliqla keçir. Əvvəllər belə şey yox idi.
Bu neo-şiəliyin də birinci əsas hədəfi hər zaman və hər yerdə Azərbaycan türkçülüyünü, milli kimliyini, milli dövlətçiliyini vurub, əzib, sarsıdıb, zəiflədib yox etməkdir. Biz isə, hələ ki, bunların, ssenarisi İranda hazırlanan «aşura» səhnə və yürüşlərini seyr edirik. Bunların zəncirvurma qadağası hikkələrini sakitləşdirib başlarını sığallamaq üçün hələ bir, kütləvi qanvermə tədbiri də keçiririk... Amma, təhlükənin içindəyik. Bu şəbəkə mütləq ifşa edilməlidir!
P.S. Bu yazıda qətiyyən normal, ənənəvi şiəliyi və onun mənsublarını nəzərdə tutmuram və əksinə onlara hörmət və ehtiramım var. Söhbət, bu gün Şiəlik və Aşura pərdəsi altında dini radikalçılıq və ekstremizm yayan, dağıdıcı xaos hazırlaya bilən siyasiləşmiş və hətta hərbiləşmiş şəbəkənin sırf antidövlət və antixalq fəaliyyətindən gedir. Dini və məzhəbinə olduğu qədər də, vətəni və xalqına sevgisi olan imanlı insanlarımızın hər birisinə bir daha dərin ehtiramımı bildirirəm!