
Təhlükəsizlik arxitekturası
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu
Qədim qaynaqlar və əfsanələr haqqında ...
Tarixçi Bettani Hyuzun serialı Azərbaycanı da əhatə edir
... yaxud "Lent.az"dakı işimi necə itirdim?
Bir nazirin oğurladığı pula iki aeroport tikmək olar
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib
“Naxçıvan rəssamlarının ensiklopediyası”
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
Naxçıvanın muxtar statusu ilə bağlı ciddi sual
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
Naxçıvana güzəşt kimi verilmiş xüsusi “muxtar”, “dövlət”, “respublika” statusu, buna da uyğun, cəmisi 250 min əhalisi olan bölgədə bu qədər nazirliklər, komitələr, inzibati aparatların olması oradakı “bəzilərində” nə qədər özündənrazılıq, özünəgüvən, özbaşınalıq hissləri yaradıbmış ki, ilin-günün bu başımızın qarışıq vaxtı Bakı Naxçıvana “əl gəzdirməyə” məcbur olur.
Görün dövlətçilik qırmızı xəttini bu ara, necə əyləcsiz aşıblarmış. Necə deyırlər, “həddini aşana yer ver, əlinə bel”. (Bizdə bir icra başçısı ilə idarə olunan rayonlar var ki, əhalisi Naxçıvanınkına yaxındır).
Ümumiyyətlə, Azərbaycan Respublikası gərgin geosiyasi regionda yerləşməsi, milli-dövlətçilik və əhalisinin xüsusiyyətinə görə sırf, tam unitar dövlət olması şərtindədir. Azərbaycan xalqı heç cənub-şimala bölünməsini, 300 ildə həzm edə bilmədi, 3 əsrdir birləşmə, bütövləşmə hayqırır. Ermənistan ərazisində kağız üzərində xəyali bir “İrəvan dövləti” elan ediblər, cəmiyyət kükrəyir!
Ona görə də bizim ölkə, xalqa “muxtarlar” əsla lazım deyil. Yaxın tarixdə, “muxtarın” birisi artıq əyani olaraq özünü göstərdi. Naxçıvan bölgəsi, xalqı əsil-köklü canımız, Azərbaycanımızdır. Və düşünürəm ki, Azərbaycana da birbaşa heç bir inzibati-bürokratik “vasitəçisiz” də birləşməlidir. Bu, “muxtar dövlət respublika” əksinə, ayırıcıdır mərkəzdənqaçmalı, eynilə, izafi büdcə xərclidir.
P. S.: Dövlət, respublika nədir? ABŞ-da 50 ştatın xeylisi bir çox ölkələrdən də böyükdür, heç onlara belə “dövlət”, “respublika” kimi adlar verilməyib! Bir rayon boyda bölgənin nazirimi olar?