vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 28 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
Revanşistlər arasında artan qorxu 15:11 | 26 may 2025 | Bazar ertəsi Məqaləyə 44 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Revanşistlər arasında artan qorxu

DTX ölkə xaricindəki əməliyyatları intensivləşir

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son zamanlar xarici ölkələrdə keçirdiyi əməliyyatları intensivləşdirməsi haqqında bir neçə məqam diqqət çəkir.

1. Azərbaycan Respublikasına qarşı separatçılıqda və terror fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinən şəxslərin keçirilən əməliyyatlarla həbsi rəsmi Bakının təhdidlərdən müdafiə qabiliyyətindəki performansını ortaya qoyur. Bu kritik proses:

– Kəşfiyyat məlumatları əsasında qərarlar qəbul etməyə, onların təhlilinə əsaslanır. Kəşfiyyat əməliyyatları ölkəni daxili və beynəlxalq təhdidlərdən qorumaq üçün lazım olan məlumatları təmin edən strateji müdafiənin mühüm tərkib hissəsidir;

– Təhlükəsizlik və kəşfiyyat şəraitini düzgün qiymətləndirməyə əsaslanır;

– Uyğun olaraq tərəfdaş dövlətlərlə informasiya mübadilələrinə, əməkdaşlıq modelinin genişlənməsinə dəlalət edir;

– Azərbaycanın xüsusi xidmət orqanlarının düzgün planlaşdırma, strategiya və əməliyyat planlamasının effektiv şəkildə həyata keçirilməsi ilə nəticələnir.

2. Azərbaycan xüsusi xidmət orqanlarının gələcək əməliyyatlar üçün sensassion eksklüziv imkanlara çıxışı güclənir. Qısası:

– Günlərin birində ən toxunulmaz hesab edilən şəxslərin belə mühakiməsi baş tutsa, buna təəccüblənmək lazım olmayacaq;

– Bu aktlar, xüsusilə Ermənistan ictimaiyyətində Azərbaycana qarşı revanş götürmək istəyən qüvvələri simalaşdıran siyasətçilər arasında qorxunu, həyəcanı dərinləşdirir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)