Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:15 | 13 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 356 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı 2022-ci ildəki İstanbul protokolları əsasında ikitərəfli danışıqları bərpa etməyə çağırıb. Bu, Rusiya-Ukrayna əlaqələrinin tənzimlənməsi üçün ABŞ-nin göstərdiyi səylərin Rusiyanın xeyrinə ümid edilən nəticə verməməsinə reaksiyadır.
İstanbul platforması Vladimir Zelenski üçün də məqbuldur, hərçənd ki, protokolların dəyişiklik edilmədən, yəni 2022-ci il mətni ilə yenidən imzalanması Ukrayna üçün təslimiyyət sənədinə qol çəkəcəyi deməkdir.
Çünki protokollar Ukraynanın NATO-ya üzvlük istəklərindən əl çəkməsi və konstitusiyasına Ukraynanın hər hansı hərbi ittifaqlara qoşulmamasını tələb edir. Həmçinin Kiyevin hərbi müqavilələr bağlamasını və ya Ukraynada əcnəbi hərbçilərin, təlimçilərin və ya silah sistemlərinin yerləşdirilməsini qadağan edən neytrallıq müddəasının əlavə edilməsini tələb edirdi.
Rusiyanın yenidən bu tələbləri səsləndirməsi rus qoşunlarının Ukraynadakı hərəkət tempinə istinad edir. Hərçənd ki, Ukrayna qüvvələri Rusiyanın bütün cəbhə xəttində irəliləmə sürətini azaltmağa nail olub.
Son bir neçə aydakı Rusiyanın irəliləyiş tempinin zəifləməsi Ukraynanın müqavimət potensialının nəticəsi ilə əlaqəlidir. Lakin Moskvanın üç illik müharibədə yenidən eyni tələbləri təkrarlaması Moskvanın cəbhə xətti boyunca qazandığı nəzarət zonasının böyüklüyünə və onun yenidən Ukraynanın əraziləri kimi geri qayıtmayacağına işarə edir.
Yəqin ki, Putin Ukrayna ilə dalana dirənmiş müharibədə taktikanı dəyişmək üçün Türkiyənin vasitəçiliyinə ümidlə baxır.
Üstəlik, ABŞ Prezidenti Donald Tramp da İstanbul danışıqlarını Vaşinqtonun əldə edə biləcəyi məntiqi nəticə kontekstində nəzərdən keçirir. Başqa sözlə, qurulacaq növbəti İstanbul masası ABŞ-nin digər NATO üzvü Türkiyəyə ötürdüyü pasdır və Ağ Ev mümkündür ki, əldə ediləcək nəticələri özünün dominant görünmək hekayələri ilə uyğunlaşdıracaq.
Başqa yandan bir sual düşündürür: Görəsən İstanbul danışıqları Rusiya-ABŞ, yoxsa ABŞ-Ukrayna oyun kitabına daxil edilmiş plandır?
Məncə, bunun çox geniş geosiyasi mübarizə düsturuna əsaslanan izahı gərginləşən Hindistan-Pakistan münaqişəsi ilə əlaqədardır.
Bununla bərabər, ABŞ Çinin Rusiya-Ukrayna müharibəsinin nizamlanmasındakı vasitəçilik səylərinin nəticələrindən ehtiyat edərək Türkiyəni etibarlı moderator kimi dəstəkləyir. Bu, Rusiyanın da yararınadır, çünki Moskva ilə Çin müttəfiq olsalar da, Kreml Pekinin böyüməsini cilovlamağa maraqlıdır.
Digər yandan, ABŞ ilə İran arasında nüvə danışıqlarının tezliyi və intensivliyi ABŞ-Rusiya-Çin arasındakı nüfuz bölgülərini yenidən müəyyənləşdirəcək geosiyasi istiqamətləri də əhatə edəcək. Bu nöqtədə, Ukraynanın necə formalaşacağına İstanbul müzakirələri təsirini göstərəcək. Hərçənd ki, Rusiya-Ukrayna arasında ciddi və həlledici ortaq həll düsturu tapacağı ən azından bir görüş üçün istisna edilir.