İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
09:41 | 19 iyun 2025 | Cümə axşamı
Məqaləyə 448 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Oman körfəzində gərginlik
İsrail və ABŞ-nin İrandakı əməliyyatların ümumi məqsədə çatması üçün kürd faktoruna müraciət edəcəyi əvvəldən proqnozlaşdırılan hadisə idi. Kürd faktoru İran daxilində silahlı mübarizənin əhəmiyyətli komponentidir və İran dövlətinin məqsədlərinə qarşı çəkindirici element kimi inkişaf etdirilir. Buna görə də, ABŞ və İsrail İran daxilindəki kürd ssenarisini mərhələli planda yüksək prioritetli strategiya kimi nəzərdən keçirərək, onun hərbi əməliyyatlar fonunda təşkilatlanmasına, silahlanmasına diqqət yetirə bilər.
İranda bir neçə mühüm kürd müxalifət şəbəkəsi mövcuddur. Bu qruplar İran dövlətinə qarşı mümkün silahlı kampaniyalarla yanaşı, açıq və gizli siyasi təşkilatlanma ilə məşğul olurlar. Ehtimalla, İsrail və ABŞ İran kürd qruplarının mütəşəkkil şəkildə fəaliyyəti üçün planlar hazırlayır. Lakin, xarici güclərin kürd amili üzərindəki proyeksiyasının perspektivinə təminatlar davamlı olmaya bilər. Çünki İran özü də kürd kartından Türkiyəyə qarşı istifadə edə bilir və yönləndirmə taktikası ilə prosesə maneə yaratmaq manevrinə malikdir.
Üstəlik, İran hakimiyyətinə qarşı çıxan kürd qruplarının heç də hamısı irəliyə doğru ən yaxşı yol haqqında həmfikir olmadığından, Tehran bu məsələni fürsət kimi diqqətdə saxlayır. Başqa yandan, İrandakı kürdlər və azərbaycanlılar, İranın qərbi və şimal-qərbində bir-birinə yaxın yaşayan iki etnik qrup kimi, heç də həmişə anlaşmırlar. İran rejimi onları bir-birinə qarşı oynatmağa çalışır.
İrana qarşı hərbi və kəşfiyyat hücumları fonunda isə İsrail və ABŞ-nin məramı dissident kürdlərin ortaq strateji məqsəd ətrafında inteqrasiyasına səy göstərməkdir. Üstəlik, kürd məsələsinə yanaşmada Türkiyənin də strategiyasını yeniləməsi regional hadisələr və onların arxa fonu üzərində rəqabət səhnəsini hərəkətə gətirir.
İraq Kürdüstanının Türkiyə ilə sərhəd bölgələrində Türkiyəyə yaxınlıq, İranla sərhəd zonalarında isə Tehrana simpatiyalar duyulur. Hərçənd ki, İran İraqdakı kürd silahlı qruplarını sıxışdırmaq, onların düşərgələrini və ofislərini bağlamaq üçün İraq hakimiyyətinə təzyiq edib.
Bütün bu proseslərdəki İsrail-ABŞ müttəfiqliyinin yanaşmaları rəqabətin kontekstini daha da böyüdür. İran konteksti üçün hazırkı plan isə budur ki, rəsmi Tehranın öz ərazilərindəki kürd bölgələrinə nəzarəti zəifləsin və kürdlər özünümüdafiə aktı ilə hərəkətə gələrək regional nəzarətə sahiblənsinlər.
Ehtimal ki, Türkiyə bu ssenariyə qarşı tədbir kimi Suriya və İraqdakı kürd icmaları ilə əlaqələri gücləndirərək, İran daxilindəki dinamikanı nəzərə alan strateji plan hazırlayacaq.