Kreml iqtisadi rıçaqları işə salır
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
17:59 | 21 may 2025 | Çərşənbə
Məqaləyə 413 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Ermənistandan vacib Türkiyə həmləsi
... Yaxud Mütəllibovun son xidməti
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri və onun məzmunu ilə əlaqədar bir neçə tezisi diqqəti cəlb edir.
1. Lavrovun səfəri ərəfəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiya, İran və Türkiyə ilə əlaqələri inkişaf etdirmək xətlərini önə çəkdi. Bu, Lavrovun mayın 21-də İrəvanda verdiyi bəyanatlarla oxşardır. Lavrovun “Cənubi Qafqazda problemləri region ölkələri və yaxın qonşular həll etməlidir” deməsi Köçəryanın müsahibə üçün səsləndirdiyi tezisin Kreml tərəfindən hazırlandığını göstərir. Lavrov əslində baş nazir Nikol Paşinyan administrasiyasına onu çatdırır ki, Ermənistanın mövqeyi Azərbaycan, Rusiya və Türkiyə ilə əməkdaşlıq perspektivinə əsaslanmalıdır.
2. Lavrovun İrəvana səfərinə Rusiya ilə Azərbaycan arasındakı Ermənistanla əlaqədar mövzularda yaranmış fikir ayrılıqları pəncərəsindən baxmaq olar. Ehtimalla:
– Bakı ilə Moskva Nikol Paşinyanın əvəzlənməsi prosesində fərqli mövqedədirlər. Azərbaycan üçün Paşinyanın hakimiyyətdə qalması məqbul, Rusiya üçün isə sadəcə olaraq müəyyən manevr imkanı deməkdir. Bu baxımdan Azərbaycan Nikol Paşinyan hakimiyyətinə öz məqsədlərinin və strategiyasının reallaşması perspektivindən yanaşaraq uzunmüddətli yanaşma ortaya qoyur.
– Rusiyanın mövqeyi isə Paşinyan fiqurunun Moskva ilə Qərb arasındakı geosiyasi rəqabəti dərinləşdirın faktor olması yanaşmasına istinad edə bilər.
– Azərbaycanla Rusiya Ermənistandakı siyasi hərarətləri nəzərə alaraq “Paşinyan mərkəzli problemin” aradan qaldırılması üçün müzakirələr aparıb ortaq məxrəcə gəlməyə çalışa bilərlər. Bu istiqamətdə Rusiya Azərbaycanın maraqlarını nəzərə alan trayektoriya ilə gedə bilər. Həm də ona görə ki, Ermənistanda Rusiya yönümlü siyasi qüvvələrin Paşinyana qarşı müqavimət gücü zəifdir, hərçənd ki, yenidən təşkilatlanma Moskvanın nəzərindən qaçmır.
3. Lavrovun səfəri erməni mediasında “Azərbaycan sülh üçün Rusiya bazasının mövcudluğunu aradan qaldırmağı tələb edir” iddiası fonunda şərh edilsə, başqa məqamlar ortaya çıxır. Yəni:
– Azərbaycan Ermənistanın hərbisizləşdirilməsini, o cümlədən xarici hərbi bazaların ölkədəki təmsilçiliklərinin ləğvini şərt kimi irəli sürür. Bu informasiyalar, Azərbaycanın Ermənistanın təhlükəsizliyi üçün zəmanətverici qüvvə kimi mövqeyinin güclənməsini təsdiq edəcək proseslərə baxışdır və ya regional reaksiyanı ölçmək üçün sınaqdır.
– Ermənistan üzərindən İran, Qərb və Rusiya arasındakı geosiyasi rəqabətin yönünü dəyişdirmək üçün Azərbaycanın strategiyasını dərinləşdirməsi qeyd oluna bilər. Lavrov isə Ermənistanda Rusiyanın hərbi bazasının qalıcılığını təmin etməyə hesablanmış xəbərdarlıqlarını İrəvana çatdırır.
– Ehtimal ki, Rusiya 102-ci bazasının statusunun gələcəyi Bakı ilə Kreml arasında da danışıqlar predmetinə gətiriləcək.
4. Rusiya Ermənistanla bağlı deyil, İrəvan Kremlin strategiyası ilə əlaqədar öz siyasətini dəyişir. Bu mənada Lavrovun İrəvan proqramı daha çox Ermənistan üçün ultimatumların yenilənmiş elanıdır. Buna görə də, İrəvan:
– Ermənistanın ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə Ağ Evin dəstəyindən məhrum ola biləcəyi risklərinə Rusiyaya doğru əyilən mövqe ilə reaksiya verir,
– Bu, ABŞ ilə Rusiya arasında postsovet məkanı üzərində cızılan nüfuz dairəsində Ermənistanın təhlükəli güzəşt predmeti olması qorxusuna əsaslanır.