Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:57 | 11 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 504 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Donald Tramp administrasiyasının Ukrayna məsələsi ilə bağlı təzadlı mövqe sərgiləməsi və ya “sülh planı” ilə əlaqədar qeyri-müəyyən mövqeyi Ukrayna Prezidenti Vladimir Zelenskini çətin vəziyyətə salıb. Bundan əlavə, Tramp Ukraynanın zəngin sərvətlərinin cəmləşdiyi strateji ərazilərdə iqtisadi mülkiyyət qazanmaqda və bu bölgələrdə iqtisadi təsirlərini gücləndirməkdə maraqlıdır.
Xüsusilə, Trampın iqtisadi sərvətlər əldə etmək istəməsi ilə bağlı verdiyi bəyanatlar və bu istiqamətdə göstərə biləcəyi potensial səylər onun Rusiya ilə mümkün danışıqlarda əsas amillərdən biri olacağını sübut edir. Digər tərəfdən, Zelenski Qərbin, o cümlədən ABŞ-nin, Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanətləri verməsinə nail olmaq istəyir və bu dəstəyi əldə etmək üçün diplomatik səylərini artırmağa çalışır.
Lakin Zelenskinin fikirləşdiyi və xəyalını qurduğu detalların reallaşmağı bir qədər çətindir. Çünki, Ukraynadakı müharibə NATO daxilində ciddi fikir ayrılıqları yaradıb.
Bunlardan başqa, Donald Trampın ABŞ-nin xarici yardımları dayandırması ilə bağlı davamlı qərarları Ukraynadan da yan keçməyə bilər. Bunların müşayiətində Tramp Rusiya Prezidenti Vladimir Putinlə mümkün danışıqlarda maraqlı tərəf kimi çıxış edir.
Bu, prosesin gedişatına birbaşa təsir göstərə bilər. Trampın mövqeyi və Ukrayna müharibəsinin “həllindəki” mümkün vasitəçiliyi Kreml üçün əlavə stimul rolunu oynayır. Çünki Rusiya belə siyasi və diplomatik yanaşmalardan çıxış edərək öz hərbi kampaniyasını daha da inkişaf etdirməyə, strateji mövqelərini möhkəmləndirməyə və Qərbin Ukraynaya dəstəyini sarsıtmağa çalışacaq.
Zelenskiyə gəlincə, o, Rusiya ilə mümkün görüşlərdə birbaşa iştirakını tələb edir. Lakin görünən odur ki, rəsmi Vaşinqtonla Kremlə bu müzakirələrin daha çox ikitərəfli formatda, yəni ABŞ və Rusiya arasında keçirilməsinə üstünlük verir. Bu isə Zelenskinin proseslərdəki iştirakının, o cümlədən gələcək danışıqlara təsir imkanlarının məhdudlaşdırılması deməkdir.