
Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Hikmət Hacıyev: “Prezidentlərin apardığı müzakirələr əlaqələrin inkişafına nəfəs verib”
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
İsrail və Suriya Türkiyənin iştirakı ilə Azərbaycanda danışıqlar raundu keçirib
Pakistan Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Üç ölkənin həmrəyliyi türk cümhuriyyətlərinə yaxşı mənada örnək ola bilər
... azad olanda – kəlmələrin üstündə, bütün məfhumlardan dəyərli olur
Heydər Əliyev təkcə dövlət qurmadı – həm də millətin taleyinə sahib çıxdı
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
Rusiya liderinin velikorus şovinizmi artıq ifrat həddinə çatıb
SSRİ-də ilkə imza atan hərbçi qadınlarımız
Biz faşizmlə 35 il döyüşdük
Azərbaycan-Ermənistan sülh gündəminə dair bir neçə tezis:
1. Razılaşdırılmış sülh müqaviləsi layihəsinin mətnindən ayrı tutulan, lakin sülh üçün vacib olan iki mühüm komponent proseslərə təsir dinamikasını qoruyub saxlayır. Bu, Zəngəzur dəhlizinin açılması, və Qərbi azərbaycanlıların geri qayıdışı ilə əlaqədar çoxbəndli təfərrüatlarla əlaqəlidir.
2. Azərbaycan üçün iki variant var: ya Ermənistan dövləti qərbi azərbaycanlıların geri dönüşündən sonra onların təhlükəsizliyinə zəmanət verir, ya da həmin qarantiyanı Bakı ilə Ankaranın strateji müttəfiqliyi təmin edir.
İkinci variant Bakı üçün daha məqbul ssenari kimi səslənə bilər, çünki İrəvanın Azərbaycanlı icması üçün zəmanətinin etibarlılığı yoxdur. İcma və onun üzərindən qurulan dövlət siyasəti təkcə regionun demoqrafiyasını dəyişdirmir, həm də bölgədə geosiyasi tendensiyalara təsir edir. Bu cəhətdən Azərbaycanın “Qərbi Azərbaycan icması” çox böyük əhəmiyyətə malikdir və rəsmi Bakının regional siyasətində fərqli dönüş nöqtəsi təqdim edir.
Digər tərəfdən, Qərbi Azərbaycanlıların qayıdışı daha çox Zəngəzur dəhlizinin açılması ilə düz mütənasiblik təşkil edir. Yəni Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların geri dönüşünə maneə yaradan qapını aralayır.
3. Sərhəddəki silahlı təxribatlar daha çox Azərbaycanın böyüyən planına qarşı qurulmuş tələdir və həmin provakasiyaların müəlliflərinin kimliyinə baxmaq da lazımdır.
Saziş layihəsinin mətninə möhür vuran iki razılaşdırılmamış maddənin razılaşdırılması idi. Həmin iki maddə sərhəddə hər hansı üçüncü tərəfin iştirakının olmaması və beynəlxalq məhkəmələrdən qarşılıqlı iddiaların geri götürülməsi ilə bağlıdır.
Görünən odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizlik qüvvələri ilə məsləhətləşmələrdən sonra “hazırkı məzmun Ermənistan üçün məqbul olan kompromis variantı sayıla bilər” deyib.
Ancaq bundan sonra sərhəddə Ermənistanın təxribatlarının intensivləşməsi üç məsələni aktullaşdırır:
– Ya Paşinyan ordunun Azərbaycan mövqelərinə qarşı resurslarını və döyüş potensialını test edir;
– Ya ordu daxilində Paşinyanın əmr və təlimatlarına məhəl qoymayan qüvvələr qalmaqdadır;
– Ya Avropa Birliyinin (AB) Missiyası sərhəddə qalıcılığını təmin etmək üçün müxtəlif cür təxribat üsulları hazırlayıb erməniləri silahlı insidentlərə şirnikləndirir.
4. AB missiyasının qorxduğu ABŞ Prezidenti Donald Trampın Avroatlantik məkanla bağlı izlədiyi fərqli kursdur. Ehtimalla Tramp AB missiyasının Cənubi Qafqazdakı iştirakına laqeyd yanaşır və bu, Fransanın bölgə siyasətinə mənfi təsirlər göstərir. Paris isə qalıcılıq üçün isə regionda hərbi eskalasiyaya ehtiyac duymaqla Avropa İttifaqı Missiyasını təlimatlandırır.
Başqa yandan, hadisələr ABŞ-nin İrana təzyiqlərinin artması, ABŞ ilə Rusiya arasında müzakirələrin irəliləməsi fonunda baş verir.
Paşinyanın sülh mətninin razılaşdırılmasından dərhal sonra Rusiya, Fransa və İran prezidentləri ilə telefon danışığı Ermənistanın ABŞ tərəfindən irəliyə sürülən yeni siyasətə verdiyi reaksiya idi. Buna görə də, sərhəddə toqquşmalar kənar oyunçuların hər birinin marağında ola bilər, lakin İrəvanın manevr etmək üçün sahəsi yoxdur.