Astana Kremlin təhdidindən qorxdu
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
14:24 | 9 aprel 2026 | Cümə axşamı
Məqaləyə 299 dəfə baxılıb
Şriftin ölçüsü
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan “C-130” tipli hərbi nəqliyyat təyyarəsi ilə bağlı yeni texniki detallar açıqlanıb. Türkiyə Milli Müdafiə Nazirliyi hadisə üzrə aparılan araşdırmalar çərçivəsində qəzanın mümkün səbəblərinə dair ilkin nəticələri ictimaiyyətə təqdim edib.
Xatırladaq ki, 2025-ci il noyabrın 11-də Azərbaycandan Türkiyəyə doğru hərəkət edən 68-1609 bort nömrəli “C-130E” tipli hərbi nəqliyyat təyyarəsi uçuş zamanı qəza keçirmişdi. Qəzadan dərhal sonra Türkiyə Hərbi Hava Qüvvələrinin koordinasiyası ilə genişmiqyaslı texniki araşdırma başlanılmışdı. Araşdırmalar əvvəlcə Gürcüstan ərazisində yerləşən qəza yerində, daha sonra isə təyyarə qalıqlarının gətirildiyi Kayseri şəhərində yerləşən 2-ci Hava Baxım Zavodunda davam etdirilmişdi. Qəza zamanı ekipajla birlikdə təyyarədə olan 20 hərbçi şəhid olmuşdu.
VAXT.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, texniki araşdırma prosesinə Türkiyənin bir sıra mühüm hərbi və sənaye qurumlarının mütəxəssisləri cəlb olunub. Bu çərçivədə Əskişəhərdə yerləşən 1-ci Hava Təmiri Zavodu, 12-ci Hava Nəqliyyat Baş Baza Komandanlığı, Türkiyə Aerokosmik Sənaye Qurumu (TUSAŞ), MKE və Polis Baş Komandanlığının mütəxəssis bölmələri birgə fəaliyyət göstərib.
Uçuş məlumatlarını qeydə alan “Flight Data Recorder” cihazının məlumatlarının təhlili göstərib ki, qəza anına qədər təyyarənin sistemlərində hər hansı texniki nasazlıq qeydə alınmayıb. Uçuş heyətinin danışıqları və texniki göstəricilər normal vəziyyəti əks etdirib və hadisənin qəfil baş verdiyi müəyyən olunub. Qəza zamanı təyyarənin quyruq konusunun gövdədən ayrılması nəticəsində uçuş məlumatlarını ötürən elektrik və məlumat kabellərinin qopduğu, bu səbəbdən qeydin qəfil dayandığı bildirilib. Buna görə də qeyd cihazında qəzanın səbəbini tam aydınlaşdıracaq əlavə məlumatların olmadığı vurğulanıb.
Aparılan əlavə texniki yoxlamalar nəticəsində təyyarənin mühərrikləri və pərlərinin qəza anına qədər normal işlədiyi müəyyən edilib. Eyni zamanda pərlərin qopması nəticəsində gövdəyə zərər dəyməsi ehtimalı təsdiqini tapmayıb. Polis Kriminal İdarəsi tərəfindən təyyarə qalıqlarından götürülən nümunələr üzərində aparılan ekspertiza nəticəsində isə nə daxildən, nə də xaricdən partlayıcı maddə izlərinə rast gəlinmədiyi bildirilib.
Araşdırmalar çərçivəsində diqqət çəkən əsas ehtimallardan biri karbondioksit qazı ilə doldurulmuş balonla bağlı olub. Nazirliyin açıqlamasına görə, təyyarənin hər iki qanadının üst hissəsində yerləşən mexanizmlərdən birinin yanıcı və partlayıcı xüsusiyyətə malik olmayan karbondioksit qazı ilə doldurulmuş balonla birlikdə yerindən çıxdığı ehtimal edilir. İlkin qiymətləndirməyə əsasən, bu balonun təyyarənin sol quyruq-gövdə hissəsinə çırpıldığı, daha sonra isə vertikal stabilizator hissəsinə dəydiyi güman olunur.
Mütəxəssislərin fikrincə, balonun gövdəyə və stabilizator hissələrinə vurduğu zərbə nəticəsində struktur zədələnmələri yarana bilərdi. Bu zədələnmələrin isə təyyarənin idarəetməsinin itirilməsinə və nəticədə qəzanın baş verməsinə səbəb olduğu ehtimal olunur. Hazırda bu versiyanın təsdiqlənməsi üçün material nümunələri üzərində geniş analizlər və texniki laboratoriya yoxlamaları davam etdirilir.
Nazirlik həmçinin mediada yayılan bəzi məlumatlara münasibət bildirərək qeyd edib ki, təyyarədə yerləşən 19 kiloqramlıq iki ədəd yanğınsöndürmə balonu qəza yerində bütöv vəziyyətdə aşkar edilib və onların hər hansı obyektə çırpılmasına dair iz qeydə alınmayıb. Bu səbəbdən ictimaiyyətə yalnız rəsmi məlumatlara əsaslanmaq və təsdiqlənməmiş xəbərlərə etibar etməmək çağırışı edilib. Bildirilib ki, bütün araşdırmalar tamamlandıqdan sonra qəza ilə bağlı yekun hesabat ictimaiyyətə açıq şəkildə təqdim ediləcək.
Digər tərəfdən, Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, Türkiyə Silahlı Qüvvələri paralel olaraq beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində fəaliyyətlərini davam etdirir. Bu çərçivədə Qars bölgəsində aprelin 2-də başlayıb 22-ə qədər davam edəcək Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə “Heydər Əliyev” adlı birgə tabor səviyyəli döyüş atışlı təlimin iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.