
Urmiya gölünü nə üçün “öldürdülər”?
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Urmiya gölünün qurudulması təkcə ekoloji fəlakət deyil, Güney Azərbaycanın türklərini yurdlarından çıxarmaq, bölgəyə terror təşkilatlarını yerləşdirmək və Türkiyə ilə Türk dünyasının arasına süni sədd çəkmək üçün həyata keçirilən strateji planın bir hissəsidir.
Urmiya gölü… əsrlərdir Güney Azərbaycan türklərinin qəlbində mavisi ilə yaşayan bir göldür. Burada şairlərin ilhamı, uşaqların sevinci, kəndlilərin bərəkəti var… Bu gün isə həmin göl “Urmiya çölü” adlandırılmağa başlayıb. Bu sadəcə ekoloji fəlakətdirmi? Yoxsa daha dərin, daha qaranlıq bir planın tərkib hissəsidir?
İran rejiminin illərdir yürüdüyü su siyasəti gölü məhv edib. Onlarla su anbarı, on minlərlə qanunsuz quyu… Su gölə deyil, başqa istiqamətlərə yönləndirilib. Göl kiçildikcə kənd təsərrüfatı öldü, duz fırtınaları başladı, insanlar köç yollarına düşdü. Bəzi alimlər hələ də ümid olduğunu desələr də, rejim bu ümidi bilərəkdən boğur. Çünki məsələ artıq təbiət deyil, siyasətdir.
Urmiyanın çölə çevrilməsi Güney Azərbaycanın türklərini öz yurdlarından çıxarmaq üçün istifadə olunan vasitəyə çevrilib. Boşalan torpaqlara kimlərin yerləşdiriləcəyini təxmin etmək çətin deyil: İranın dəstəklədiyi terror təşkilatları. “PJAK”, “PKK” kimi qurumlar göl ətrafında yeni bir “dəhliz” yarada bilər. Bu nə deməkdir, bilirsinizmi? Türkiyə ilə Azərbaycanın, dolayısı ilə bütün Türk dünyasının arasına yeni bir süni divar hörülməsi deməkdir. Ermənistanın ardınca ikinci bir “tampon dövlət” planı məhz burada doğur.
Prezident Pezeşkian seçki kampaniyasında “Urmiya gölünü xilas edəcəyəm” dedi, amma vədini tutmadı. Çünki su anbarlarının arxasında nəhəng maraqlar, İnqilab Keşikçilərinin pulları və rejimin mərkəzi siyasətləri dayanır. Bu gölü xilas etmək istəmirlər. Onun çölə çevrilməsi rejimin strategiyasına xidmət edir.
Bəs bu mənzərə qarşısında nə edilməlidir?
Türkiyə, Azərbaycan və bütün Türk dünyası bu oyunu görməlidir. Urmiya gölü yalnız Güney Azərbaycanın məsələsi deyil; hamımızın gələcəyi ilə bağlı strateji cəbhədir. Türkiyə bu mövzunu beynəlxalq platformalara çıxarmalıdır. Azərbaycan diasporu ilə birlikdə Urmiyanı dünya gündəminə gətirməlidir. Güney Azərbaycan türkləri isə Urmiyanı azadlıq mübarizəsinin simvoluna çevirməlidirlər.
Unutmayaq: Urmiya gölü quruyarsa, təkcə su deyil, Türk dünyasının bağrına sancılan duzdan bir xəncərə çevrilər.