Hantavirus həyəcanı böyüyür
Avropada ölənlər var; ölkələr xəbərdar edildi
12:29 | 8 may 2026 | Cümə
Məqaləyə 14 dəfə baxılıb
Şriftin ölçüsü
Avropada ölənlər var; ölkələr xəbərdar edildi
3 nəfər öldü, 150 nəfər karantinaya alınıb; DST vəziyyəti izləyir
Hava kirliliyi və demensiya arasında əlaqə
Nələri bilmək lazımdır?
Çağırışlar, risklər və müasir strategiyalar
Tütün, alkoqol, şəkərli və energetik içkilər bütün ölümlərin 75 faizinin səbəbkarıdır
Dünyada hər saatda 100 insan yalnızlığın qurbanı olur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Dünya yeni epidemiyaya hazırlaşır
DST-dən “Mamont Çiçəyi” pandemiyası xəbərdarlığı
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Solaryum aludəçisi qadın: “Vicdan əzabı çəkirəm, çox təəssüflənirəm”
Avropada qırmızı xəbərdarlıq – 2 dəfə artıb, 38 ölüm qeydə alınıb
Araşdırmanın nəticəsi qorxuncdur
DST ABŞ-ın geri çəkilməsindən sonra üzvlük haqqını artırmaq istəyir
“Qiyamət saatı” bir saniyə irəli çəkilib
Hollandiya bayrağı altında Argentina istiqamətindən Kabo-Verdeyə hərəkət edən “MV Hondius” kruiz gəmisində aşkarlanan ağır tənəffüs yolu xəstəliyi halları dünya gündəmini yenidən virus təhlükəsi ilə üz-üzə qoyub. Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, gəmidə indiyədək 8 yoluxma halı qeydə alınıb, bunlardan 5-i Hantavirus kimi təsdiqlənib, 3 nəfərin vəziyyəti isə şübhəli hesab olunur. Yoluxanlar arasında 3 ölüm faktının olması narahatlığı daha da artırıb.
VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, DST-nin məlumatına görə, virusla bağlı ilk siqnal mayın 2-də Böyük Britaniya səhiyyə qurumları tərəfindən verilib. Bildirilib ki, gəmidə olan bəzi sərnişinlərdə ağır tənəffüs simptomları müşahidə olunub.
Mütəxəssislər isə Hantavirusun COVID-19 kimi sürətlə yayılan pandemiyaya çevrilmə ehtimalının aşağı olduğunu bildirirlər. Daxili xəstəliklər üzrə mütəxəssislər qeyd edib ki, Hantavirus əsasən gəmiricilər – xüsusilə siçan və siçovullar vasitəsilə yayılır. Virus daha çox onların sidiyi, ifrazatı və tüpürcəyi ilə çirklənmiş tozlu mühitin nəfəs yolu ilə qəbul edilməsi nəticəsində insan orqanizminə keçir.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) də xüsusilə uzun müddət təmizlənməyən zirzəmilər, anbarlar, tövlələr və qapalı məkanlarda ehtiyatlı olmağa çağırır. Mütəxəssislər belə yerlərdə təmizlik apararkən əvvəlcə məkanın havalandırılmasını və toz qaldıracaq hərəkətlərdən çəkinməyi tövsiyə edirlər.
İnfeksion xəstəliklər üzrə mütəxəssislər bildirib ki, Hantavirusun Amerika və Avropa-Asiya variantları arasında ciddi fərqlər var. Onun sözlərinə görə, Amerika qitəsində yayılan forma əsasən ağciyərləri zədələyir və ölüm göstəricisi bəzi hallarda 50%-ə qədər yüksələ bilir. Avropa və Asiya ölkələrində müşahidə olunan variant isə daha çox böyrək zədələnməsi ilə xarakterizə olunur.
Mütəxəssislər qeyd edir ki, virusun xüsusi müalicəsi yoxdur və xəstələrə əsasən dəstək terapiyası tətbiq edilir: “Əgər xəstədə tənəffüs çatışmazlığı varsa oksigen verilir, qan göstəriciləri aşağı düşürsə qan köçürülür. Yəni çatışmayan nə varsa, onun yerinə qoyulmasına çalışılır”.
Hantavirusun ilkin simptomları əsasən qripə bənzəyir – yüksək hərarət, halsızlıq, əzələ ağrıları, başgicəllənmə və qarın ağrıları ilə başlayır. Daha ağır hallarda isə nəfəs darlığı, böyrək çatışmazlığı və daxili qanaxmalar baş verə bilər. Virusun inkubasiya dövrünün 1-8 həftə sürməsi diaqnostikanı çətinləşdirən amillərdən biri hesab olunur.
DST-nin epidemiya və pandemiyaların qarşısının alınması bölməsinin direktoru Maria Van Kerkhove isə bildirib ki, Hantavirus ilə “COVID-19” arasında paralel aparmaq düzgün deyil: “Bu, koronavirus deyil. Biz Hantavirusları uzun illərdir tanıyırıq. Bu yeni “COVID” başlanğıcı deyil”.
Onun sözlərinə görə, hazırkı yoluxmalar əsasən kruiz gəmisindəki məhdud mühitlə bağlıdır və Hantavirusların böyük hissəsi insandan insana keçmir.
Avropa Birliyi Komissiyasının sözçüsü Eva Hrncirova da vəziyyətin nəzarətdə olduğunu bildirib. O qeyd edib ki, hazırda Avropa əhalisi üçün risk səviyyəsi aşağı qiymətləndirilir və genişmiqyaslı təhlükə müşahidə olunmur.