“Danışıqlar masasına qayıdın”
Trampdan İsrail və İrana çağırış
11:27 | 8 may 2026 | Cümə
Məqaləyə 159 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Hörmüz boğazı ətrafında ABŞ və İran arasında yaşanan gərginlik qısa müddətdə bir-birini təkzib edən açıqlamalar və sürətli diplomatik dəyişikliklərlə daha da mürəkkəb xarakter alıb.
VAXT.AZ ABŞ mediasına istinadən xəbər verir ki, dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi strateji marşrut olan Hörmüz boğazında Vaşinqtonun başladığını elan etdiyi “Azadlıq layihəsi” əməliyyatı cəmi 36-48 saat ərzində faktiki olaraq dayandırılmışdı. ABŞ administrasiyası layihənin məqsədinin boğazda qalan ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək olduğunu açıqlamışdı.
Lakin daha sonra Körfəz ölkələri ilə Vaşinqton arasında “gizli böhran” yaşandığı barədə məlumatlar yayılmışdı. İddialara görə, Səudiyyə Ərəbistanı ABŞ ordusunun öz hərbi bazaları və hava məkanından istifadə imkanlarını məhdudlaşdırmışdı.
İndi isə “The Wall Street Journal” nəşri yazır ki, Səudiyyə Ərəbistanı və Küveyt ABŞ qüvvələri ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb. Məlumata görə, bununla da əməliyyatın yenidən aktivləşdirilməsi ehtimalı yaranıb.
Bunun fonunda Tehran Vaşinqtona yeni xəbərdarlıq göndərib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi sosial şəbəkə hesabında, “Təkrar-təkrar eyni səhvi etmək sizə fərqli nəticə verməyəcək, yalnız daha güclü cavab gətirəcək”, – yazıb.
İran daha əvvəl də region ölkələrini ABŞ-yə hərbi dəstək verməməyə çağırmışdı.
Maraqlıdır ki, Vaşinqton Körfəz ölkələrinin ABŞ-yə məhdudiyyət tətbiq etməsi barədə yayılan xəbərləri rədd edib. Ağ Evin nümayəndəsi “New York Post” qəzetinə açıqlamasında bildirib ki, əvvəldən heç bir qadağa və ya məhdudiyyət olmayıb və yayılan məlumatlar saxta xəbərdir.
Bununla yanaşı, Səudiyyə Ərəbistanına yaxınlığı ilə tanınan “Al-Hadath” telekanalı Riyadın öz hava məkanının hücum məqsədilə istifadəsinə icazə verməyəcəyini iddia edib.
ABŞ Prezidenti Donald Tramp isə son açıqlamalarında ziddiyyətli mesajlar verməyə davam edir. Tramp əvvəlcə İranla çox məhsuldar danışıqlar aparıldığını və razılaşmanın mümkün olduğunu bildirsə də, sonradan razılıq əldə olunmasa, bombardmanın başlayacağı xəbərdarlığını edib.
Regionda baş verən bu sürətli dəyişikliklər enerji bazarlarında və beynəlxalq diplomatiyada narahatlığı artırmaqda davam edir. “The Wall Street Journal”, “New York Post” və ərəb mediasında yayılan məlumatlar isə Vaşinqton-Körfəz münasibətlərində görünməyən gərginlik ehtimalını yenidən gündəmə gətirib.