
“Təhlükəsiz səviyyə yoxdur”
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Çox işlədiyiniz zaman həyəcan siqnalı verir
Dünya yeni epidemiyaya hazırlaşır
DST-dən “Mamont Çiçəyi” pandemiyası xəbərdarlığı
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Hər 3 almandan 1-i depressiyadadır
Solaryum aludəçisi qadın: “Vicdan əzabı çəkirəm, çox təəssüflənirəm”
Avropada qırmızı xəbərdarlıq – 2 dəfə artıb, 38 ölüm qeydə alınıb
Araşdırmanın nəticəsi qorxuncdur
DST ABŞ-ın geri çəkilməsindən sonra üzvlük haqqını artırmaq istəyir
“Qiyamət saatı” bir saniyə irəli çəkilib
Səhiyyə işçilərinə qurumla işi dayandırmaq əmr edildi
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
Həyatda maneələrlə qarşılaşanlara mütəxəssislərdən 5 məsləhət
DST dünyanın gözlədiyi açıqlamanı verdi – peyvənd qərarı
DST-dən yeni çiçək xəstəliyi xəbərdarlığı
Son illərdə “tənhalıq” epidemiyası ilə bağlı narahatlıqlar həm mədəniyyətdə, həm də siyasətdə daha çox danışılır. Dünya Səhiyyə Təşkilatının (DST) Sosial Əlaqələr Komissiyası yeni bir araşdırma ilə kimin daha çox risk altında olduğunu və tənhalığın bu insanların həyat keyfiyyətinə təsirlərini açıqlayıb. Təşkilat hökumətləri və ayrı-ayrı şəxsləri sosial əlaqələri gücləndirmək üçün tədbirlər görməyə çağırıb.
Hesabata görə, dünya əhalisinin altıda biri özünü o qədər tənha hiss edir ki, bu, onların sağlamlığına və həyat keyfiyyətinə mənfi təsir göstərir. Dünyada hər saatda 100 nəfər və ya ildə 870 000-dən çox insan tənhalıqdan ölür. Əvvəllər məlum idi ki, uzun müddətli tənhalıq xəstəliyə və vaxtından əvvəl ölümə səbəb olur. İndi DST vəziyyəti konkret rəqəmlərlə təqdim edib.
DST xüsusilə gənclər arasında tənhalığın artdığına diqqət çəkir. Araşdırmaya görə, 30 yaşdan kiçik yeniyetmələrin təxminən 20,9 faizi və böyüklərin 17,4 faizi özünü tənha hiss etdiyini bildirib. 60 və yuxarı yaşda olanlar üçün bu nisbət 11,8 faiz təşkil edir. Hesabatda həmçinin bildirilir ki, kişilər və qadınlar ümumiyyətlə eyni nisbətdə tənhalıq yaşayır, lakin gənc qızlar 24,3 faizlə ən tənha qrupdur.
***
Mütəxəssislərin fikrincə, gənclərdə tənhalıq hissinin yaranmasının əsas səbəblərindən biri sosial şəbəkələrdən istifadədir. Qeyd olunur ki, sosial mediada bir çox insanla təmasda olmaq heç də həmişə keyfiyyətli əlaqələrə malik olmaq demək deyil.
Hesabata görə, aşağı gəlirli ölkələrdə yaşayanların 24 faizi özlərini tənha hiss etdiklərini, yüksək gəlirli ölkələrdə isə bu nisbət 11 faizə enir. Bu, sosial-iqtisadi şəraitin tənhalıq hissinə təsirini ortaya qoyur.
***
Yalnızlıq cəmiyyətlərə milyardlarla avroya başa gəlir. DST vurğulayır ki, güclü sosial əlaqələri olan cəmiyyətlər daha sağlam, daha təhlükəsiz və daha möhkəmdir. Bu səbəbdən hökumətlərə parklar, kafelər və kitabxanalar kimi görüş yerlərinin sayını artırmağı və psixi sağlamlıq xidmətlərini hər kəs üçün əlçatan etməyi tövsiyə edir.
DST bildirir ki, tək vaxt keçirmək heç də həmişə təklik demək deyil. Qurumun fikrincə, sosial təcrid fərdin kifayət qədər sosial əlaqələrin olmadığı bir vəziyyətə aiddir, tənhalıq isə insanın arzuladığı cür münasibətlərin olmaması nəticəsində yaranan narahat emosional vəziyyət kimi müəyyən edilir.
Yalnızlıq əvvəlcə bədəni həll yolları axtarmağa yönəldən stress hormonlarını aktivləşdirir. Lakin bu gərginlik uzun müddət davam etdikdə orqanizm tükənir. Bu, ürək-damar xəstəlikləri, diabet və vaxtından əvvəl ölüm kimi nəticələrə səbəb ola bilər. Depressiya, narahatlıq, qeyri-sağlam qidalanma və pis yuxu vərdişləri kimi problemlər uzun müddət tək qalan fərdlərdə daha çox rast gəlinir.