Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:57 | 30 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 281 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “FSB” və “OMON” tərəfindən Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərə və bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına münasibət bildirərkən, yenə də həmişəki boz və statik maskasını taxaraq şablon və həyasız bir açıqlama verib.
O, nə üzr istəyib, nədəki bu barbarlığın nəticələrinin ədalətli araşdırılacağı vədini verib. Əksinə, xüsusi həyasızlıqla bildirib ki, “Hüquq-mühafizə orqanlarının hərəkətləri diplomatik demarşlar üçün əsas ola bilməz. Biz hesab edirik ki, Rusiyanın hüquq-mühafizə orqanlarının əməliyyat işi ilə bağlı baş verənlər Azərbaycanın Rusiyaya qarşı bu cür demarşına səbəb olmamalıdır”.
Bu boz-qırmızı adam təmsil etdiyi ölkənin güc strukturlarının azərbaycanlılara qarşı tərətdiyi basqın, qətl və işgəncələrə görə deyil, məhz Azərbaycan XİN-in bəyanatına, rəsmi Bakının sərt təpkilərinə görə təəssüfünü bildirib.
“Biz bu cür qərarlara görə ürəkdən təəssüflənirik”, – Peskov bildirib.
Peskovun bu açıqlaması onu göstərir ki, Rusiyanı idarə edənlər başqa reallıqda yaşayırlar. Onlar Yekaterinburqda baş vermiş barbarlığın müttəfiq saydıqları Azərbaycana qarşı nə dərəcədə alçaq hərəkət olduğunu və hüququn zorlandığını dərk edə bilmirlər.
Bu da o deməkdir ki, Kremlin Azərbaycandan üzr istəmək fikri yoxdur.
Yeri gəlmişkən, Peskov ötən ilin dekabrında AZAL-ın təyyarəsi Rusiya tərəfindən vurulanda da buna bənzər açıqlama verməklə Rusiya dövlətinin qeyri-sivil, siyasi mədəniyyətdən məhrum bir ölkə olduğunu nümayiş etdirmişdi.
P.S. Belələrini “arzuolunmaz şəxs”lər siyahısına salmaq vaxtıdır.