
Milyarderin gecikmiş xatirələri...
Bu gün öz heç kimə lazım deyil
Bu gün öz heç kimə lazım deyil
Vardanyanı hətta Tramp da xilas edə bilməz...
... Yaxud heç bir separatçı parlaq gələcəyə ümid etməsin
Atası kimi fırıldağa meylli David Ruben qədər istedadlı deyil
... Yaxud Ruben Vardanyan həbsxanada xoşbəxtliyin sirrini necə tapdı?
Və yaxud, bütün ermənilər üçün “şok terapiya” rolunu oynayan məhkəmə...
Ən azından Nelson saxlandığı şəraitlə müqayisədə, Ruben sanatoriyadadır
BMT işçi qrupu Vardanyanla bağlı iddiaları rədd etdi
16 maddə üzrə təqsirləndirilən Vardanyan haqq etdiyi cəzanı alacaq
BBC-nin ağır söhbətində separatçıbaşı nəyi boynuna aldı?
Rusiya ilə separatçılar sinxron hərəkət edir
Rusiya Azərbaycanda təhlükəli vəziyyət yaradır
Paşinyan ermənilərin emosional hisslərinə toxunmaqla öz müdafiəsini düşünür
Dubayda idmançı ermənini hardan tapıblar?
Baş nazir ermənilərlə necə məzələnib?
“Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”
Ötən günün ən “şedevr” və “sensasiya”lı hadisələrindən biri də bu oldu ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (AR CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclasında özünün qanuni vəkili olan tanınmış hüquq müdafiəçisi Avraam Bermanın xidmətindən imtina etdi.
Rubenin bu addımı Avraam Bermanı şoka salsa da, lakin bizim məhkəmə hakimlərini və dövlət ittihamçılarını əsla təəccübləndirmədi. Çünki onlar çox gözəl bilirdilər ki, bu da erməni milyarderin növbəti şousu və hiyləgər planıdır.
Məsələ burasındadır ki, Ruben Vardanyanı artıq dünyada da və elə Ermənistanın özündə də demək olar ki, tamamilə unudublar. İndi onların gündəmini Vardanyanın taleyindən də daha önəmli məsələlər zəbt edib. Vardanyanın “xaç atası” olmuş Rusiya prezidenti Vladimir Putin isə Kremlin “çirkli pul”larını yumaqla məşğul olan bu avantürist ermənini, ümumiyyətlə, lap “dəfn edib”.
Odur ki, Ruben Vardanyan yenidən köhnə havadarlarının və Ermənistandakı “fanat”larının diqqətlərini öz üzərinə cəlb etmək üçün belə bir hiyləgər üsula əl atıb.
Bu addım həm də məhkəmə prosesinin süni surətdə uzadılmasına xidmət edir. Çünki Ruben Vardanyan məhkəmənin bitməsini və ömürlük həbsə göndərilməsini istəmir. O, hələ də dünyada geosiyasi reallıqların dəyişəcəyinə və Azərbaycana təsir göstərən, onun həbsdən azad edilməsinə nail ola bilən güclərin və ya liderlərin tapılacağına ümid bəsləyir.
Lakin Vardanyan nəhayət bir gün başa düşəcək ki, ümid həqiqətən də sonda ölür (və yaxud, sonuncu ölən ümidlərdir).
Bakıda davam edən məhkəmə Vardanyan üçün yolun sonudur. Ona görə də bu epizodda ümidə yer yoxdur.
Separatçı milyarder boşuna ümidlənməsin!