
Taleyi ilə barışmış Vardanyan...
Və yaxud, bütün ermənilər üçün “şok terapiya” rolunu oynayan məhkəmə...
Və yaxud, bütün ermənilər üçün “şok terapiya” rolunu oynayan məhkəmə...
Ən azından Nelson saxlandığı şəraitlə müqayisədə, Ruben sanatoriyadadır
BMT işçi qrupu Vardanyanla bağlı iddiaları rədd etdi
BBC-nin ağır söhbətində separatçıbaşı nəyi boynuna aldı?
Rusiya ilə separatçılar sinxron hərəkət edir
Rusiya Azərbaycanda təhlükəli vəziyyət yaradır
Vardanyan Bakıda ona verilmən 23 rublu heç vaxt unutmayacaq
Vardanyan Bakıda ona verilmən 23 rublu heç vaxt unutmayacaq
Vardanyan Bakıda ona verilmən 23 rublu heç vaxt unutmayacaq
Dünən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında, onun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri elan edilib.
Bildirilib ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-nin
– 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma),
– 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), -110 (insanları zorakılıqla yoxa çıxarma),
– 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə),
– 113 (işgəncə),
– 114.1 (muzdluluq),
– 115.2 (müharibə qanunlarını və adətlərini pozma),
– 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), -120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə),
– 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, -29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
– 192.3.1 (qanunsuz sahibkarlıq),
– 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq),
– 214-1 (terrorçuluğu maliyyələşdirmə),
– 218.1, 218.2 (cinayətkar birlik yaratma),
– 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə),
– 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), -278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
– 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma),
– 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Gördüyünüz kimi cinayət maddələrinin sayı-hesabı yoxdur. Adam Azərbaycana qarşı cinayətlərin, günahların içində rəsmən itib-batır.
Maraqlıdır ki, məhkəmə iclasında hakim qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə özünü təqsirli bilib-bilməməsinə dair suallar ünvanlayıb. Vardanyan isə növbəti həyasızlığa əl atıb, ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq hakimin suallarına cavab verməkdən imtina edib.
Başqa sözlə desək, susub.
Əlbəttə, təqsirləndirilən şəxs susmaq haqqından istifadə edə bilər. Lakin susqunluq Vardanyanı xilas etməyəcək.
O, haqq etdiyi cəzanı alacaq. Cinayət varsa, cəzası da var. Və bu, labüddür.