vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
Xoşbəxt erməni ... 17:20 | 14 aprel 2025 | Bazar ertəsi Məqaləyə 59 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xoşbəxt erməni ...

... Yaxud Ruben Vardanyan həbsxanada xoşbəxtliyin sirrini necə tapdı?

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə təqsirləndirilərək hazırda Bakıda məhkəmə hakimləri qarşısına çıxarılan quldur milyarder Ruben Vardanyan dünən ailəsinə növbəti məktubunu göndərib. O, məktubda xoşbəxt olduğunu yazıb.

Sən demə, Rubenin filosofluğu da varmış. Adam məktubunda xoşbəxtliyin az qala lap Lev Tolstoy sayağı tərifini də verib.

“Həbsxanadakı kameramda xoşbəxtəm. Xoşbəxtlik bizim içimizdə başlayır və bitir. Xarici mühit heç bir rol oynamır. Mən həm Hind okeanındakı dəbdəbəli adada, sadəcə biz – ailəm və xidmət işçiləri olan bir adada xoşbəxt olmuşam, həm də buradakı kameramda xoşbəxtəm”.

Vardanyanın bu məktubu, əslində, şok etiraflar məktubudur. Ən heyrətamiz etirafı isə budur ki, o, həyatının fəlsəfəsini həbsxanada dərk etdiyini bildirib: “Ömrüm boyu yeddi aksiomu dərk etdim. Əsrlər boyu müdriklər, peyğəmbərlər bu fikirləri müxtəlif dillərdə, müxtəlif söz, rəmz, hərəkət və qayda-qanunlarla bizə dəfələrlə çatdırmağa çalışıblar. Mən onları 57 yaşımda başa düşdüm”.

Deməli, bu erməni 57 il boşuna yaşayıb. Əgər Azərbaycanın Xüsusi Təyinatlıları 2023-cü ilin sentyabrında onu Qarabağdan Ermənistan tərəfə keçmək istəyərkən yaxalayıb Bakıya gətirməsəydilər və bu avantürist milyarder son ilyarımda məhbəs həyatının mənəvi-psixoloji katarsisindən keçib reallıq hissinə qayıtmasaydı, yenə də öz ənənəvi erməni həyatına (terror və separatçılığı maliyyələşdirən, Azərbaycana nifrəti təbliğ edən, irqçiliyi və millətçiliyi yaşam tərzinə çevirən erməni həyatına) davam edəcəkdi. Necə ki, bu gün Ermənistanda və dünyanın müxtəlif ölkələrindəki əksər ermənilər də  məhz bu həyat tərzi ilə yaşayır, Azərbaycan və Türkiyəyə qarşı daim qisas hissi ilə qovrulurlar.

Odur ki, məsələyə bu yöndən yanaşsaq, əslində, bütün erməniləri (Nikol Paşinyan, Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan başda olmaqla) Bakı türməsinin “həvəngdəstə”sindən keçirməliyik. Denasifikasiya etmək məqsədilə keçirməliyik.

Keçirməliyik ki, erməni toplumu faşizm və ultramillətçilik zəhərindən, kilsənin uzun illər boyu təbliğ etdiyi türk düşmənçiliyindən arınıb durulsun, normal və adekvat bir topluma çevrilsin.

Ruben isə məktubunun sonunda Allaha şükür etdiyi kimi Azərbaycana da təşəkkür etməliydi. Çünki məhz Azərbaycan dövlətinin lütfü sayəsində o, Bakıda məhbus həyatını yaşamaq və burada əsl xoşbəxtliyi dərk etmək imkanını qazanıb. 

“Bu gün üçün Allaha şükür etməliyik. Əsas odur ki, gündəlik həyatın və rutinin bu çılğın dünyasında pula, zövqlərə deyil, ruhunuza vaxt ayırın”, – deyə öz ailə üzvlərinə və bütün ermənilərə xitab edən R.Vardanyan yəqin ki, məhbəs divarları arasında duyduğu xoşbəxtlik təəssüratları barədə gələcəkdə böyük bir kitab da yazacaq. Əlbəttə, belə bir kitabı yazmaq üçün o, vaxt sarıdan əsla korluq çəkməyəcək. Çünki qarşıda onu hələ uzun bir məhbəs həyatı gözləyir...

(ardı var)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)