Putin Hitlerə aid sitata yenidən müraciət etdi
Kremlin informasiya savaşında dəyişməyən tezis
17:22 | 18 iyul 2025 | Cümə
Məqaləyə 418 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib. İmtinanın səbəbi kimi isə Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsi göstərilir.
Rəsmi Bakının belə bir qərar verməsi düzgün addımdır. Rusiya tərəfi (MDB-də əsas söz sahibi olan bir ölkə) özünü bu birliyin üzvü olan digər ölkələrə, o cümlədən Azərbaycana qarşı bərabərhüquqlu tərəfdaş kimi deyil, hegemon dövlət kimi, metropoliya kimi aparırsa, MDB-nin iclaslarına qatılmaq artıq siyasi anlamını itirir. "Böyük qardaş" iddiasından əl çəkmək istəməyən, neoimper təfəkkürü ilə hərəkət etməyə davam edən bir ölkə ilə eyni ittifaqda, bir masa arxasında oturub nəyisə müzakirə etmək tamamilə mənasız, perspektivsiz bir işdir.
Görünən budur ki, Rusiya körpüləri yandırmaq yolunu tutub. Azərbaycan da Rusiyanın bu mövqeyinə uyğun, adekvat cavab addımları atmağa sadəcə və sadəcə məcburdur. Rəsmi Bakının MDB-nin İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirakdan imtina etməsi də bu gerçəklikdən qaynaqlanır. Moskva bizə başqa yol qoymur.
Proseslər bu məcrada, bu cür artan templə davam edərsə, Azərbaycan növbəti addımlardan biri kimi hətta MDB-dən çıxmaq barədə də düşünə bilər. Hərçənd ki, MDB baş katibi Sergey Lebedev MDB İqtisadi Şurasının 106-cı iclasında bildirib ki, hazırda "nə Ermənistanın, nə də Azərbaycanın MDB-dən çıxmasına dair məlumat var".
Ancaq Rusiyanın qeyri-adekvat və təxribatçı davranışları birazdan Bakını da, İrəvanı da MDB-ni tərk etmək zərurəti ilə üz-üzə qoya bilər. Putin kimi toksik liderlərin ucbatından Rusiya heç kimlə normal müttəfiqlik münasibətləri qura bilmir. Bu ölkə MDB-ni Avropa İttifaqının daha yaxşı alternativinə çevirməyi bacarmır.
Putin postsovet ölkələrini zor gücünə deyil, iqtisadi cəlbedicilik yoluyla birliyə, müttəfiqliyə dəvət etmək zəkasına sahib deyil. Məhz Putinin gerizəkalılığı üzündən 21-ci əsrin Rusiyası orta əsrlərin feodal dövləti kimi davranmağa davam edir.