Yarım milyon işğalçı öldürülüb
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
01:23 | 28 avqust 2025 | Cümə axşamı
Məqaləyə 326 dəfə baxılıb
Şriftin ölçüsü
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
... Yaxud cəmiyyətin ölçü sistemi
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiya rəhbəri və onun zombiləşmiş tərəfdarları, təbliğatçıları neçə gün idi ki, Trampın Alyaskadakı qonaqpərvərliyinin sərməstliyini, eyforiyasını və xoş əhval-ruhiyyəsini yaşayırdılar. Lakin İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiya ilə bağlı səsləndirdiyi haqlı iradlar əminəm ki, Kremldəki qocanın ovqatını yenə təlx edəcək, əhvalını korlayacaq.
Kremlə bağlı olan rusiyalı politoloqlar, hərbi ekspertlər, Z-blogerlər də artıq anti-Azərbaycan səpkili açıqlamalarının şiddətini bir az da artırıblar.
Əliyevin çıxışında rusları xüsusilə qəzəbləndirən üç məqamın üzərində ayrıca olaraq dayanaq:
– Birinci məqam gorbagor Leninin rəhbərlik etdiyi bolşevik-sovet Rusiyasının 1920-ci ildə Azərbaycanı işğal etməsi, Cümhuriyyətimizi devirməsi və Zəngəzuru ermənilərə verməsi ilə bağlıdır. İlham Əliyev bildirib ki, “1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı”.
– İkinci məqam Əliyevin Rusiyanın Ukraynaya hücumunu işğalçılıq faktı kimi, hərbi müdaxilə kimi qiymətləndirməsi və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlıdır.
“Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Bizim bununla bağlı mövqeyimiz birmənalıdır. Yenə də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı müzakirə etdiklərimizə qayıdaraq deyim ki, biz Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəklədik və dəstəkləməyə davam edirik”.
– Üçüncü məqam isə, son vaxtlarda Rusiya-Azərbaycan münasibətlərinin korlanmasına görə məsuliyyətin məhz qarşı tərəfin - Rusiyanın üzərinə düşməsinin açıq şəkildə vurğulanmasıdır. Belə ki, İ.Əliyev bəyan edib ki, “münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.
Bəli, biz Kremlin ölkəmizə qarşı təcavüz cəhdlərinə və ya hörmətsizliyinə qətiyyən dözməyəcəyik və adekvat cavab tədbirləri görəcəyik. Bu mənada İlham Əliyev real həqiqəti söyləyib. İctimai rəy də bu yöndədir. Bəzi ruspərəstlərimizi çıxmaq şərtilə, bütün Azərbaycan cəmiyyəti Rusiya rəhbərliyinin Azərbaycana qarşı qeyri-dost davranışlarını pisləyir.
Odur ki, Rusiyanın şovinist dairələrinin Azərbaycan əleyhinə isterik fikirləri və sərsəm açıqlamaları bizim üçün əhəmiyyətli deyil. Bütün bunlar onsuz da Rusiyanın öz əleyhinə işləyir. Putin Azərbaycana qarşı informasiya hücumlarını genişləndirməklə, əslində, “öz ayağına atəş açır”.
P.S. Əliyev Rusiyanın işğalçılığını rusların üzünə çırpmaqla çox maraqlı gediş etdi. O, bununla sanki arı yuvasına çöp soxdu. Çünki tarix rusların ən ağrılı yeridir - xüsusən də əgər o tarix başdan-başa rüsvayçı işğalçılıq, müstəmləkəçilik faktları ilə doludursa...
P.P.S. Putinin az da olsa ağlı varsa, Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsini təkrar-təkrar izləməli və reallıq hissinə qayıdaraq, Azərbaycana qarşı səhv addımlarını təcili dayandırmalıdır.