Avropa adam axtarır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
10:11 | 21 may 2026 | Cümə axşamı
Məqaləyə 16 dəfə baxılıb
Şriftin ölçüsü
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Avropa Birliyi (AB) “Böyük yeddilik” (“G7”)müttəfiqləri ilə birlikdə Rusiya neft tankerlerine göstərilən dənizçilik xidmətlərinə tam qadağa tətbiq etmə ideyasını nəzərdən keçirir. Lakin ABŞ və Böyük Britaniyanın (BB) son qərarları bu addımın təsdiqlənməsinin olduqca çətin olacağını göstərir.
VAXT.AZ “The Guardian”a istinadən xəbər verir ki, Avropa Birliyi Rusiyanın müharibə iqtisadiyyatını zəiflətməyə yönəlmiş sanksiya strategiyasından geri çəkilməyəcəyini açıqlasa da, Böyük Britaniya son qərarlarının sanksiyaların ləğvi anlamına gəlmədiyi barədə müttəfiqlərini inandırmağa çalışır.
Britaniya hökuməti iki gün əvvəl yayımladığı müddətsiz lisenziya ilə Türkiyə və Hindistan kimi ölkələrdə Rusiya xam neftindən istehsal olunan dizel və aviasiya yanacağının idxalına icazə verib. Həmin ölkələr Rusiya neftini endirimli qiymətlərlə alır.
Bundan əlavə, ayrıca yayımlanan lisenziya Rusiya “Saxalin-2” və “Yamal LNG” layihələri ilə bağlı qısa müddətli xidmət müqavilələrinin 2027-ci ilin yanvarına qədər davam etməsinə imkan yaradır.
Bu qərar Ukrayna və Avropadakı müttəfiqlərdə təəccüb yaradıb. Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi qərarın detallarını anlamaq üçün Britaniya rəsmiləri ilə “intensiv təmasda” olduqlarını açıqlayıb. Zelenskinin sanksiyalar üzrə nümayəndəsi Vladislav Vlasiuk Moskva büdcəsinə əlavə gəlir gətirə biləcək risklərdən narahat olduqlarını bildirib.
Brüsseldə isə Avropa Komissiyası mövcud sanksiya siyasətinin davam edəcəyini vurğulayıb.
Komissiyanın baş sözçüsü Paula Pinho, “Rusiya nefti və qazının idxalına qarşı sanksiyalara sadiq qalmağa davam edirik.” O həmçinin əlavə edib: “Rusiyanın Yaxın Şərqdə davam edən münaqişədən fayda görməməli olduğunu bir daha vurğulamalıyıq. Bu, olduqca ironik olardı”, – deyib.
Londonda isə vəziyyət “kommunikasiya xətası” kimi izah olunmağa çalışılıb.
Britaniya hökuməti lisenziyaların Rusiya xam neftindən emal olunmuş məhsullara qarşı qadağanın mərhələli tətbiqi və Rusiya LNG-sinə dənizçilik xidmətlərinin məhdudlaşdırılması üçün zəruri olduğunu bildirib. Hökumət Hörmüz boğazındakı bağlanmanın enerji təchizatına təzyiqi artırdığını və bunun daha da dərinləşməməli olduğunu qeyd edib.
Müxalifətin sərt tənqidlərindən sonra Baş nazir Kir Starmer bu lisenziyaları Britaniya istehlakçısını qorumağa yönəlmiş “qısa müddətli tədbirlər” adlandırıb.
Starmer parlamentdə, “Bu, heç bir halda mövcud sanksiyaların ləğvi demək deyil. Biz müttəfiqlərimizlə yeni sanksiya paketləri üzərində işləməyə davam edəcəyik”, – deyib.
Ticarət naziri Kris Brayant isə yumşaldılmış sanksiyaların qeyri-peşəkar şəkildə elan edildiyinə görə üzr istəyib və lisenziyaların “ən qısa zamanda” yenidən nəzərdən keçiriləcəyini bildirib.
Londondan gələn xəbərlər ABŞ-ın dəniz yolu ilə daşınan Rusiya neftinə verdiyi sanksiyanı il ərzində üçüncü dəfə uzatdığını təsdiqləməsindən bir gün sonra gündəmə gəlib. Vaşinqton bu addımın enerji baxımından ən həssas ölkələr üçün əlavə çeviklik yaratdığını bildirib.
ABŞ Maliyyə naziri Skott Bessentin açıqlaması Parisdə keçirilən “Böyük yeddilik” maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı ilə eyni vaxta düşüb.
Avropa Birliyinin iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis bu uzadılmanı sərt tənqid edib. O deyib ki, Avropa Birliyi Rusiyaya təzyiqi azaltmağın deyil, artırmağın tərəfdarıdır: “Əksinə, bu təzyiqi artırmalıyıq”.
Brüssel hazırda Rusiya neft tankerlərinə qarşı bankçılıq, sığorta və dəniz daşımaları daxil olmaqla genişmiqyaslı qadağa tətbiq etməyə çalışır. Bu plan həyata keçərsə, “G7”nin 2022-ci ildən bəri tətbiq etdiyi qiymət tavanı mexanizmini əvəz edəcək.
Lakin Komissiya ziddiyyətli təzyiqlər arasında qalıb.
Bir tərəfdən Yunanıstan və Malta kimi gəmiçilikdə maraqları olan üzv ölkələr tam qadağanın yalnız “G7” tam şəkildə birlikdə hərəkət edərsə, mümkün olacağını bildirir.
Digər tərəfdən isə bankçılıq və sığorta sahəsində əsas rol oynayan ABŞ və Böyük Britaniya Hörmüz boğazındakı böhranın yaratdığı təzyiqlərlə uyğunlaşmaq üçün öz sanksiya rejimlərini dəyişdirir.
Bu ziddiyyətlər Avropa Birliyini qərarın formal olaraq qəbul edilib, lakin praktik olaraq dondurulduğu qeyri-adi vəziyyətə salıb.
“G7” toplantısının sonunda maliyyə nazirləri Rusiyaya ağır nəticələr yaşatmaqda davam etmək mövzusunda qətiyyətlərini bir daha təsdiqləyib və konkret tarix vermədən dənizçilik xidmətlərinə dair mümkün yeni tədbirlərin gündəmə gələ biləcəyini açıq saxlayıblar.